3-cü sərbəst yürüşlər
Sayta qoyulub: 14:07 15.05.2010 (202 dəfə oxunub)
Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu 30° C
Şənbə sərbəst yürüşləri cəmi bir saat davam etsə də, iki gün əvvəlki üçsaatlıq yürüşlərdən daha çox insidentlərlə yadda qalıb. Sessiyanın startından 15 dəqiqə keçmiş Timo Qlok hidravlik problemlər üzündən tunelin çıxışında maşını saxlayıb.
Beş dəqiqə sonra Massenet döngəsində Fernando Alonso öz F10-nu ciddi dağıdıb, sessiyanın gedişində isə məlum olub ki, ispaniyalı sürücünün monokoku da dağıldığı üçün sürücü sıralanma turunda iştirak etməyəcək - komanda sadəcə maşını bərpa etməyə vaxt çatdıra bilməyəcək.
Mixael Şumaher və Vitaliy Petrov beşinci döngənin təhlükəsizlik zonasına baş çəkiblər, Adrian Sutil Kazino meydanında maşını saxlaya bilməyib və arxa antiqanadla baryerə toxunub. Heykki Kovalaynenin maşınında ötürmələr qutusu sıradan çıxıb.
Protokollara isə Robert Kubitsa başçılıq edib, ilk 12 sürücü 1 saniyəyə yerləşib, sıralanma turu çox maraqlı olacaq...
Nəticələr belə olub:
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | R.Kubitsa | Renault | Renault | 1:14.806 | - | 26 |
| 02 | F.Massa | Ferrari | Ferrari | 1:14.852 | + 0.046 | 22 |
| 03 | M.Uebber | Red Bull | Renault | 1:14.945 | + 0.139 | 25 |
| 04 | L.Həmilton | McLaren | Mercedes | 1:15.038 | + 0.232 | 25 |
| 05 | S.Fettel | Red Bull | Renault | 1:15.046 | + 0.240 | 26 |
| 06 | M.Şumaher | Mercedes GP | Mercedes | 1:15.236 | + 0.430 | 22 |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | 1:15.252 | + 0.446 | 20 |
| 08 | S.Buemi | Toro Rosso | Ferrari | 1:15.537 | + 0.731 | 22 |
| 09 | A.Sutil | Force İndia | Mercedes | 1:15.659 | + 0.853 | 14 |
| 10 | C.Batton | McLaren | Mercedes | 1:15.682 | + 0.876 | 22 |
| 11 | V.Liutsi | Force İndia | Mercedes | 1:15.691 | + 0.885 | 19 |
| 12 | X.Algersuari | Toro Rosso | Ferrari | 1:15.769 | + 0.963 | 27 |
| 13 | N.Hülkenberq | Williams | Cosworth | 1:16.164 | + 1.358 | 24 |
| 14 | R.Barrikello | Williams | Cosworth | 1:16.232 | + 1.426 | 21 |
| 15 | V.Petrov | Renault | Renault | 1:16.240 | + 1.434 | 27 |
| 16 | F.Alonso | Ferrari | Ferrari | 1:16.266 | + 1.460 | 6 |
| 17 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 1:16.644 | + 1.838 | 26 |
| 18 | P.de la Rosa | BMW Sauber | Ferrari | 1:16.696 | + 1.890 | 23 |
| 19 | H.Kovalaynen | Lotus | Cosworth | 1:17.782 | + 2.976 | 18 |
| 20 | Y.Trulli | Lotus | Cosworth | 1:17.865 | + 3.059 | 26 |
| 21 | L.di Qrassi | Virgin | Cosworth | 1:18.063 | + 3.257 | 25 |
| 22 | B.Senna | Hispania | Cosworth | 1:19.720 | + 4.914 | 25 |
| 23 | K.Çandhok | Hispania | Cosworth | 1:19.781 | + 4.975 | 21 |
| 24 | T.Qlok | Virgin | Cosworth | - | - | 3 |

Yüklənir...
2010-06: MONAKO QP bölümünün digər xəbərləri: