Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

F.Massa Red Bull-la müqavilə bağlayacaq?

Sayta qoyulub: 18:47 10.05.2010 (76 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

F.Massa Red Bull-la müqavilə bağlayacaq?

İspaniya yarışı artıq qurtarıb və komandalar Monakoya köçmək üçün avadanlıqlarını toplayırdılar ki, paddoka yeni şayiə yayılıb - Felipe Massa Red Bull komandasına keçməyə hazırlaşır. Braziliyalı sürücünün Ferrari-də vəziyyəti yaxşı deyil və o özü özünə yeni iş yeri axtarmağa başlayıb.

Etiraf etmək lazımdır ki, bu şayiə boş yerdə peyda olmayıb. Fernando Alonso ilə mübarizə hələlik Felipenin xeyrinə deyil, Skuderiyaya gələn mövsümdə Robert Kubitsanın dəvət olunması barədə şayiələr isə hər həftə daha güclənir. Amma bəs nə üçün məhz Red Bull? Axı bu komandanın heç bir kadr problemi yoxdur - Sebastyan Fettelin istedadına heç kim şübhə etmir, Mark Uebber isə yenicə yarışda qələbə qazanıb.

İtaliaRacing qəzetinin jurnalistləri hesab edirlər ki, braziliyalı sürücünün seçimi onunla əlaqədardır ki, o ən yaxşı variantdan başlamağı qərara alıb. Əgər Red Bull-la heç nə alınmasa, onda Massa növbəti güclü komandaya müraciət edəcək.

Adətən Formula1-də keçidlər mövsümü avqustda başlayır, amma son illər daha tez başlamasını da görmüşük...

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930