Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Qəzalara səbəb Barselonanın çınqılıdır?

Sayta qoyulub: 15:36 10.05.2010 (190 dəfə oxunub)
Hərf ölçüsü:

Qəzalara səbəb Barselonanın çınqılıdır?

İspaniya Qran Prisinin finişinə səkkiz km qalmış Lyuis Həmiltonun McLaren-ində sol ön təkərin elementləri dağılıb. Finişə 15 dövrə qalmış eyni təkərlərlə Sebastyan Fettel problem yaşayıb, daha 10 dövrə sonra isə eyni problemlər Rubens Barrikellonu sürətini azaltmağa məcbur edib. Üç sürücü, üç nasazlıq, amma səbəb eyni ola bilər - Barselona trasının xırda çınqılı.

İki il əvvəl eyni qəzaya Heykki Kovalaynen uğramışdı, o zaman finlandiyalı sürücü 21-ci dövrənin 9-cu döngəsində trasdan çıxmışdı. Sol ön təkər partlamış, maşın çınqıllı zonanı keçmiş və qoruyucu baryerə çırpılmışdı. İlkin müayinədən sonra Heykkinin tibbi mərkəzə, oradan hospitala aparmışdlar, komanda isə insidenti araşdırmışdı.

Araşdırmanın nəticəsi təkər diskinin gözlənilmədən partlaması olmuşdu - McLaren komandasını bu disklərlə Yaponiyanın Enkei şirkəti təmin edirdi. Məlum olub ki, konkret partiyanın istehsalında texnologiya pozulub, amma son yarışda disklər bir neçə müxtəlif maşında dağılıb və hər bir komanda müstəqil araşdırma aparıb.

Çox güman ki, bütün günahlar çınqılın çox xırda doğranmasındadır. Disklə asılqan arasına düşən bu çınqıllar diskin yavaş-yavaş dağılmasına səbəb ola bilər...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829