Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

M.Şumaher: "Biz yalnız müdafiə oluna bilərdik"

Sayta qoyulub: 19:17 09.05.2010 (355 dəfə oxunub)
Hərf ölçüsü:

M.Şumaher: "Biz yalnız müdafiə oluna bilərdik"

Mercedes GP komandasının sürücüləri mövsümün beşinci yarışını müxtəlif cür keçiriblər: əgər Mixael Şumaher Barselonada inamla çıxış edərək finişdə 4-cü olubsa, Niko Rosberq iki dəfə problemlərlə üzləşib və yekunda 13-cü olub. Startda Kubitsa Rosberqi trasdan sıxışdırıb çıxarıb, pit-stopda isə ön sağ təkərlə problem yaranıb. Yediqat dünya çempionu isə mövsümdə ilk dəfə olaraq dördüncü yeri qazanıb...

Mixael Şumaher: "Startdan başlayaraq yarış çox şən keçdi, hərçənd, biz bilirdik ki, normal halda podiuma namizəd deyilik.

Yaxşı ki, mən qazandığım mövqeni qoruya bildim, amma, əlbəttə, mən razı deyiləm, çünki bu gün biz yalnız müdafiə oluna bilirdik. Bütün yarışı ümid edirdim ki, məndən öndə olanlar texniki problemlərlə üzləşsinlər və yalnız bu halda yaxşı nəticə göstərmək mümkün olardı, amma bu arzuolunmaz variantdır.

Censonla duelimiz maraqlı alındı, amma mən sadəcə ona ötmə imkanı verməməyə çalışırdım. Lakin biz liderlərə çox uduzuruq, ona görə də finişdən sonra sevinməyə elə də çox əsasımız yoxdur. Amma ümid edirik ki, Monako trası öz xarakteristikalarına görə bizim maşına daha çox uyğun olacaq."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829