Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Monakoda sıralanma turu adi qaydada keçəcək

Sayta qoyulub: 11:12 09.05.2010 (177 dəfə oxunub)
Hərf ölçüsü:

Monakoda sıralanma turu adi qaydada keçəcək

Komandalar Monako Qran Prisinin sıralanma turunda qaydaların dəyişdirilməsi üzrə danışıqlarda razılıq əldə edə bilməyiblər. FOTA-nın üzvləri iki sessiyanın keçirilməsi imkanını müzakirə ediblər - maşınların sürətləri arasındakı böyük fərq dar küçələrdə təhlükəli faktor ola bilər.

Amma komandalar yekdil rəyə gələ bilməyiblər, ona görə də hər şey olduğu kimi qalıb. Şübhə yoxdur ki, bir həftədən sonra sürücülər bir səslə trafikdən şikayətlənəcəklər. Artıq məlumdur ki, dəyişikliyin əleyhinə səs vermiş komandalardan biri Lotus olub...

Toni Fernandes: "FOTA sıralanma turunun fərqli sxemini müzakirə edib. Təklifə görə püşkatma yolu ilə sürücülər 12 nəfər olmaqla iki qrupa bölünür. Amma biz dərhal bunun əleyhinə olduq. Biz istəyirik ki, yarışlar maraqlı olsun, nəticələri qabaqcadan söyləmək mümkün olmasın, ona görə də sıralanma turu həmişə olduğu kimi qalacaq.Mən artıq bir neçə aydır ki, Formual1-dəyəm, çempionatda əla sürücülər şıxış edirlər, onlar yaxşı maaş alırlar ki, sürətli olsunlar."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829