Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Monakoda sıralanma turunun formatını komandalar müəyyən edəcəklər

Sayta qoyulub: 20:56 07.05.2010 (195 dəfə oxunub)
Hərf ölçüsü:

Monakoda sıralanma turunun formatını komandalar müəyyən edəcəklər

Bu gün sürücülər FİA-nın nümayəndəsi və yarış direktoru Çarli Uaytinqə Monakoda sıralanma turunun formatının dəyişdirilməsi təklifi ilə müraciət ediblər - təklifə əsasən, birinci sessiyada yalnız yavaş maşınlar iştirak edəcəklər.

Bu təklif Uaytinqin iştirakı ilə sürücülərin brifinqində müzakirə olunub - federasiya təklifi qəbul edib, amma sürücülərin reqlamentə dəyişiklik tələb etmək hüquqları yoxdur, reqlament yalnız komandaların yekdil razılığı əsasında dəyişdirilə bilər.

Əgər FOTA çərçivəsində komandalar yekdil qərar qəbul edə bilsələr, onda Monako Qran Prisinin sıralanma turuna düzəliş ediləcək, hərçənd, belə bir yekdilliyi əldə etmək asan olmayacaq. Əks halda sıralanma turu standart qaydada keçiriləcək...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829