Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

K.Klinin sürəti Çandhoku təəccübləndirib

Sayta qoyulub: 14:23 07.05.2010 (157 dəfə oxunub)
Hərf ölçüsü:

K.Klinin sürəti Çandhoku təəccübləndirib

Bu gün səhər sərbəst yürüşlərdə Kristian Klin Hispania-nın sükanı arxasında Karun Çandhoku əvəz edib. Bir neçə gün əvvəl avstriyalı sürücü komanda ilə test və ehtiyat sürücü müqaviləsi imzalayıb, bu gün səhər FİA-nın superlisenziyasını alıb və trasda Bruno Sennanı yarım saniyə qabaqlayıb.

Yürüşlərdən əvvəl BBC-yə müsahibəsində Çandhok jurnalistlərə bildirmişdi ki, əgər Klin Bruno yarım saniyə qabaqlayarsa, təəccüblənəcək, amma hər şey elə belə də alınıb...

Karun Çandhok: "Kristianın sürəti məni həqiqətən təəccübləndirib, amma onun güclü komandalarla böyük iş təcrübəsi var, bu isə ona kömək edir. Bizim komanda rəqiblərə çox uduzur, inkişafa imkan verən hər bir məlumat çox vacibdir, hərçənd, digər tərəfdən isə, mən yerimi ona verdiyim üçün məyus olmuşam - mən də trasda maksimum vaxt keçirmək istəyirəm."

Nahardan sonra Çandhok sükan arxasına qayıdacaq...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829