Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

K.Klin Hispania-nın ehtiyat sürücüsüdür

Sayta qoyulub: 10:03 05.05.2010 (41 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

K.Klin Hispania-nın ehtiyat sürücüsüdür

Kristian Klin Formula1-ə qayıdır. Jaguar və Red Bull komandalarında çıxış etmiş avstriyalı sürücü Honda və Sauber komandlarında bir neçə il test sürücü kimi çalışdıqdan sonra Hispania komandası ilə ehtiyat sürücü müqaviləsi imzalayıb...

Kolin Kolles: "Kristian gənc və sürətli sürücüdür, mən onun karyerasını ADAC seriyasının ilk yarışlarından izləyirəm və həmişə hesab etmişəm ki, onun böyük potensialı var. Biz artıq Barselonada uik-endin gedişində Kristianı görmək ümidindəyik, o komanda ilə tanış olmalıdır. Biz də gənc komandayıq və bizimlə birlikdə böyümək istəyən sürücülər axtarırıq."

Formula1 ölçüləri ilə Kristian elə də gənc deyil - fevralda sürücünün 27 yaşı tamam olub, həm də komandanın daha bir ehtiyat sürücüsü var - yaponiyalı Sakon Yamamoto. Lakin Klin müqaviləyə görə çox şaddır və Barselonada cümə sərbəst yürüşlərində maşınlardan birinin sükanı arxasına oturacaq...

Kristian Klin: "Bu müqavilə mənə Formula1-ə qayıtmağa kömək edəcək, bu çempionatla mən gələcəyimi bağlayıram. Mən Bəhreyn və Çinə gəlmişdim, maşına baxmışdım, komandanın əməkdaşları ilə görüşmüşdüm - onların çoxunu mən tanıyıram.

Mən Kolin Kollesə minnətdarlqı etmək istəyirəm. Yeni komanda ilə iş məni motivasiya edir."

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930