Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

L.di Montedzemolo: "Tənqidçilərin arqumentləri əsassızdır"

Sayta qoyulub: 16:17 03.05.2010 (189 dəfə oxunub)
Hərf ölçüsü:

L.di Montedzemolo: "Tənqidçilərin arqumentləri əsassızdır"

Ferrari komandasının maşınlarında yerləşdirilmiş ştrix-kodun komandanın sponsorlarından biri məşhur Philip Morris tütün şirkətinin Marlboro brendinin loqotipinə oxşarlığı məsələsini keçən həftə Avropa həkimləri qaldırıblar və komandanı qadağan olunmuş tütün reklamında ittiham ediblər. Bu gün bu məsələyə Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo münasibət bildirib...

Luka di Montedzemolo: "Düzünü desəm, mən hesab edirəm ki, bu arqumentlər əsassızdır - ştrix-kod şəklində hər hansı bir qırmızı zolağın və ya qrafik obyektin insanları siqaret çəkməyə çağırmasını söyləmək gülüncdür

Atlantikanın o biri tayında bərabər tibbi xidmət uğrunda mübarizə getdiyi bir vaxtda, köhnə Avropanın "ekspertləri" heç bir elmi əsası olmayan nəzəriyyələr irəli sürürlər - məncə, ştrix-koddan da vacib məsələlər var. Yaxşı olardı ki, belə tənqidlərə cavab verməklə vaxtımızı boş şeylərə sərf etməyək."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829