Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Volkswagen reqlament üzrə FİA-nın qərarını gözləyir

Sayta qoyulub: 16:26 01.05.2010 (167 dəfə oxunub)
Hərf ölçüsü:

Volkswagen reqlament üzrə FİA-nın qərarını gözləyir

Sport Bild qəzetinə müsahibəsində keçmiş Formula1 sürücüsü, hazırda Volkswagen-in idman bölməsinin rəsmi nümayəndəsi olan Hans Yoahim Ştuk bir daha təsdiq edib ki, konsern Formula1-ə maraq göstərə bilər, amma bunun üçün 2013-cü ilə yeni motor reqlamenti qəbul edilməlidir.

Reqlamentin necə olmasını isə heç kim bilmir, amma istənilən halda Volkswagen çempionata zavod komandası ilə gəlməyəcək - söhbət yalnız motor təchizatından gedir...

Hans Yoahim Ştuk: "Biz Formula1-də vəziyyəti diqqətlə izləyirik və FİA-nın yeni reqlament barədə qərarını gözləyirik - əgər vahid motor fikri dəstəklənərsə, onda konsernimiz motor təchizatı məsələsini müzakirə edəcək.

Əgər Volkswagen-in qərarı müsbət olarsa, biz çempionata yalnız təchizatçı kimi gələcəyik - söhbət Mercedes-də olduğu kimi zavod komandasından getmir."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829