Yarış
Sayta qoyulub: 13:05 18.04.2010 (245 dəfə oxunub)
Yağış. Buludlu. Havanın temperaturu +18° C, trasın temperaturu +16° C
Hava proqnozu yarış günü böyük ehtimalla yağışın yağmasını söyləmişdi. Doğrudan da, yarışın startına bir neçə dəqiqə qalmış ilk damçılar trasa düşməyə başlayıb və bir neçə dəqiqədən sonra tam dayanıb. Sürücülər start düzlüyünə yumşaq təkərlərlə çıxıblar - yeni yağışın yağması aşkar idi, amma nə zaman başlayacaq və hansı təkərləri seçməli?
Startda Alonso falstart edib və birinci döngəyə lider kimi daxil olub, ondan başqa Uebber də Fetteli keçib. Əylənmədə Liutsi yerində fırlanıb və trasdan çıxarkən Kobayaşi və Buemiyə çırpılıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb və bəzi sürücülər keçid təkərlər üçün pit-stopa yönəliblər. Yalnız Rosberq, Batton, Kubitsa, Petrov, de la Rosa və Kovalaynen yarışı sliklərlə davam etdiriblər.
TM trası tərk etdikdən sonra yarış bu ardıcıllıqla davam edib, amma təkərlərini dəyişmiş sürücülər başa düşüblər ki, tras quruduğundan sliklər ən ideal təkərlərdir və yenidən pit-stopa axışıblar.
Altıncı dövrədə falstarta görə cərimə alan Alonso pit-leyndən keçib, amma o da bir neçə dövrədən sonra təkər dəyişməyə yollanıb. Pitdən çıxarkən Həmilton və Fettel az qala toqquşublar - bu insidenti yarışdan sonra stüardlar araşdıracaqlar. Pedro de la Rosanın isə maşınında növbət Ferrari motoru imtina edib - iki yarış ardıcıl olaraq Sauber komandası tam heyətlə yarışın əvvəlində mübarizəni dayandırıb.
On dörd dövrədən sonra pit-stop etməyən Rosberq, Batton və Renault sürücüləri böyük fərqlə peletona başçılıq ediblər. 17-ci dövrədə Lyuis Şumaheri keçib, 19-cu dövrədə isə Rosberqin səhvindən faydalanan Batton liderliyə yüksəlib. Bunun ardınca yenidən yağış başlayıb, sürücülər bir daha pitə tələsiblər və Batton pitdən sonra ldierliyini qoruyub saxlayıb.
İyirminci dövrədə pitdən yenicə çıxmış Algersuarinin maşınında ön antiqanad qopub və asfalt qırıntılarla dolub, TM yenidən trasa çıxıb. Restartdan əvvəl Həmilton Uebberi trasdan sıxışdırıb çıxardıb. Censon liderliyini bir daha qoruyub, amma yağış güclənməyə başlayıb. Lyuis bir-birinin ardınca Şumaheri, Petrovu və Kubitsanı keçib, Alonso və Fettel isə Sutili keçiblər.
Otuzuncu dövrədə yarışa Batton, Rosberq və Həmilton üçlüyü başçılıq edib. Altı dövrədən sonra Mark Uebber təkərlərini dəyişmək üçün növbəti dəfə pitə gedib, digər sürücülər də sonrakı dövrələrdə eyni addımı atıblar - hamı keçid təkərləri seçib. Bu pit-stop dalğasından sonra da Batton liderliyini saxlaya bilib, Həmilton isə Rosberqi, Alonso isə Kubitsanı qabaqlayıb. Petrov əvvəlcə Algersuarini, dörd dövrə sonra Şumaheri, iki dövrə sonra isə Uebberi qabaqlayaraq yeddinci yerə yüksəlib. Son dövrədə isə Massa keçmiş komanda yoldaşı Şumaheri qabaqlayıb.
Censon Batton inamla yarışı qələbəyə qədər davam etdirib və mövsümdə ikinci, karyerasında isə doqquzuncu qələbəsini qazanıb. Lyuis daha bir gözəl yarış keçirərək finişdə ikinci olub - McLaren də mövsümdə ilk qələbə dublunu yaşayıb. Düzdür, Həmiltonun hərəkətlərini stüardlar yarışdan sonra araşdıracaqlar. Niko Rosberq isə Mercedes GP komandası üçün ardıcıl ikinci podiumu qazanıb.
Censon və McLaren bu qələbədən sonra hər iki çempionatda liderliyi ələ alıblar. Növbəti yarış üçhəftəlik fasilədən sonra İspaniyada keçiriləcək...
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | C.Batton | McLaren | Mercedes | 1:46:42.163 |
| 02 | L.Həmilton | McLaren | Mercede | + 0:01.530 |
| 03 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:09.484 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | + 0:11.869 |
| 05 | R.Kubitsa | Renault | Renaul | + 0:22.213 |
| 06 | S.Fettel | Red Bull | Renault | + 0:33.310 |
| 07 | V.Petrov | Renault | Renault | + 0:47.600 |
| 08 | M.Uebber | Red Bull | Renault | + 0:52.172 |
| 09 | F.Massa | Ferrari | Ferrari | + 0:57.796 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | + 1:01.749 |
| 11 | A.Sutil | Force İndia | Mercedes | + 1:02.874 |
| 12 | R.Barrikello | Williams | Cosworth | + 1:03.665 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1:11.416 |
| 14 | H.Kovalaynen | Lotus | Coswort | + 1 dövrə |
| 15 | N.Hülkenberq | Williams | Coswort | + 1 dövrə |
| 16 | B.Senna | Hispania | Cosworth | + 2 dövrə |
| 17 | K.Çandhok | Hispania | Cosworth | + 4 dövrə |
| - | Y.Trulli | Lotus | Cosworth | - |
| - | L.di Qrassi | Virgin | Cosworth | - |
| - | P.de la Rosa | BMW Sauber | Ferrari | - |
| - | S.Buemi | Toro Rosso | Ferrari | - |
| - | K.Kobayaşi | BMW Sauber | Ferrari | - |
| - | V.Liutsi | Force İndia | Mercedes | - |
| - | T.Qlok | Virgin | Cosworth | - |
Sürətli dövrə: Lyuis Həmilton (McLaren) - 1:42.061 (13-cü dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | C.Batton | McLaren | Mercedes | 60 |
| 02 | N.Rosberq | Mercedes GP | Mercedes | 50 |
| 03 | F.Alonso | Ferrari | Ferrari | 49 |
| 04 | L.Həmilton | McLaren | Mercede | 49 |
| 05 | S.Fettel | Red Bull | Renault | 45 |
| 06 | F.Massa | Ferrari | Ferrari | 41 |
| 07 | R.Kubitsa | Renault | Renaul | 40 |
| 08 | M.Uebber | Red Bull | Renault | 28 |
| 09 | A.Sutil | Force İndia | Mercedes | 10 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | 10 |
| 11 | V.Liutsi | Force İndia | Mercedes | 8 |
| 12 | V.Petrov | Renault | Renault | 6 |
| 13 | R.Barrikello | Williams | Cosworth | 5 |
| 14 | X.Algersuari | Toro Rosso | Ferrari | 2 |
| 15 | N.Hülkenberq | Williams | Coswort | 1 |
| 16 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 17 | S.Buemi | Toro Rosso | Ferrari | 0 |
| 18 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 19 | K.Çandhok | Hispania | Cosworth | 0 |
| 20 | B.Senna | Hispania | Cosworth | 0 |
| 21 | P.de la Rosa | BMW Sauber | Ferrari | 0 |
| 22 | T.Qlok | Virgin | Cosworth | 0 |
| 23 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 0 |
| 24 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | McLaren | Mercedes | 109 |
| 02 | Ferrari | Ferrari | 90 |
| 03 | Red Bull | Renault | 73 |
| 04 | Mercedes GP | Mercedes | 60 |
| 05 | Renault | Renault | 46 |
| 06 | Force İndia | Mercedes | 18 |
| 07 | Williams | Cosworth | 6 |
| 08 | Toro Rosso | Ferrari | 2 |
| 09 | Hispania | Cosworth | 0 |
| 10 | Lotus | Cosworth | 0 |
| 11 | Sauber | Ferrari | 0 |
| 12 | Virgin | Cosworth | 0 |

Yüklənir...
2010-04: ÇİN QP bölümünün digər xəbərləri: