Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Xeres, 17 mart

Sayta qoyulub: 21:11 17.03.2009 (401 dəfə oxunub)
Hərf ölçüsü:

Xeres, 17 mart

Censon Batton Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Beləliklə, birgünlük fasilədən sonra testlərin ilk sətri yenidən Ross Braunun komandasına qayıdıb, həm də britaniyalı sürücü tras üçün yeni rekorda imza atıb. Niko Rosberq Censondan cəmi 0.2 saniyə yavaş olub.

Nelsinyo Pike isə Renault-nun sükanı arxasında Fernando Alonsonu əvəz edib və günü üçüncü yerdə başa vurub. Səhər komanda aerodinamika ilə işləyib, nahardan sonra isə sürücü standart prosedurlar üzərində işləyib. Renault və Brawn GP komandaları qış testlərinə son qoyublar.

Lyuis Həmilton isə növbəti dəfə protokolun son sətrini tutub, britaniyalı sürücü 500 km-dən çox məsafə qət edib və yeni aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsi ilə məşğul olub. Sabah Lyuisi sükan arxasında Heykki Kovalaynen əvəz edəcək.

Sabah McLaren və Williams testləri davam etdirəcəklər, cümə axşamı isə McLaren trasda avtodromun bağlı qapıları arxasında işləyəcək...

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. C.BattonBrawn GPMercedes1:17.844114
2. N.RosberqWilliamsToyota+ 0:00.22766
3. N.PikeRenaultRenault+ 0:00.538133
4. L.HəmiltonMcLarenMercedes+ 0:01.277121

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829