Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

L.Həmilton: "Komandanın taktikasından narazıyam"

Sayta qoyulub: 13:52 28.03.2010 (145 dəfə oxunub)
Hərf ölçüsü:

L.Həmilton: "Komandanın taktikasından narazıyam"

Avstraliya yarışından sonra Lyuis Həmilton bildirib ki, bu yarış onun karyerasında ən yaxşı yarışlardan biri olub, amma komandanın taktiki səhvi və Mark Uebberin səhvi üzündən o yüksək nəticəni əldən verib.

Həmilton yarışa 11-ci yerən başlayıb və tədricən irəliləyib, yarışın ortasında ikinci olan Robert Kubitsaya çatıb və bir-iki hücum edib, amma sonra bəzi rəqibləri kimi ikinci pit-stopuna yönəlib. Amma bu zaman onun komanda yoldaşı Censon Batton, Robert Kubitsa və Ferrari-nin hər iki sürücüsü yarışı elə ilk pit-stopda aldıqları yumşaq təkərlərlə davam etdirməyi qərara alıblar. Təzə təkərlər almış sürücülər tezliklə liderlərə çatsalar da onları keçə bilməyiblər, hələ bu azmış kimi finişə iki dövrə qalmış Uebber Lyuisə arxadan çırpılıb və Niko Rosberq də onu keçib...

Lyuis Həmilton: "Yarışa yekun vursaq, deyə bilərəm ki, bəlkə də bu yarış mənim karyeramda ən yaxşı yarış oldu. Amma təəssüf ki, komandanın taktiki səhvi üzündən mən geri qaldım və sonda Uebber məni trasdan çıxardı.

Mən öz yarışımdan razıyam və hesab edirəm ki, maksimum çalışdım və daha yüksək nəticəyə layiq idim - bu gün biz qələbə dublu qazana bilərdik. Amma mən mübarizəni növbəti yarışda davam etdirəcəm.

Mən başa düşürəm ki, komanda həmişə olduğu kimi mənim üçün çalışır, amma komandanın taktikası bu dəfə səhv idi. Məndən əvvəl gedənlərin hamısı yalnız bir pit-stop etdilər, mən isə iki dəfə. Bu qərarı kim qəbul edib - bunu aydınlaşdırmaq lazımdır."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829