Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

N.Rosberq: "Beşinci yer pis nəticə deyil"

Sayta qoyulub: 13:31 28.03.2010 (185 dəfə oxunub)
Hərf ölçüsü:

N.Rosberq: "Beşinci yer pis nəticə deyil"

Mövsümün ikinci yarışında da Mercedes GP komandasının hər iki sürücüsü xal qazana bilib. Gənc sürücü Niko Rosberq iki həftə əvvəlki nəticəsini təkrarlayıb - Avstraliyada o finişi beşinci keçib...

Niko Rosberq: "Beşinci yer belə bir yarışda pis nəticə deyil. Nəm trasda mən yaxşı start ala bilmədim, sonra isə yarışın gedişində bizə sürət çatmırdı, yumşaq təkərlərlə problemlər var idi.

Arxa təkərlər sürətlə yeyilirdi, ona görə də biz əlavə pit-stop keçirməyi qərara aldıq - bununla liderlərə çata bildik. Yeni təkərlər bizə üstünlük verdi, amma onlara çatdıqdan sonra ötmək çətin oldu. Amma Lyuis və Markın qəzasından sonra mən iki mövqe qazandım.

Ümumiyyətlə, uik-end normal keçdi, amma biz xal qazanmağa davam etməklə yanaşı maşını da modernizə etməliyik."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829