Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

R.Kubitsa: "Komanda bu podiuma layiqdir"

Sayta qoyulub: 13:28 28.03.2010 (74 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

R.Kubitsa: "Komanda bu podiuma layiqdir"

Albert Parkdakı yarışın ən başlıca sensasiyası Robert Kubitsanın podiumu olub. Polşalı sürücü "böyük dördlüyün" maşınlarından sürətdə geri qalsa da, Qran Prini əla keçirib və finiş xəttini ikinci keçib. Renault-nun lideri əla start alıb, doqquzuncu yerdən dördüncü yerə yüksəlib, ilk pitindən sonra bir mövqe də qazanıb və Sebastyan Fettelin yarışdan kənar qalmasından sonra ikinci yerə yüksəlib.

Robert Kubitsa: "Avstraliyada əvvəlki yarışlarımda mənim bəxtim gətirmirdi, yarışların gedişində liderlik etsəm də finişə çata bilmirdim, amma düzünü deyim ki, bu dəfə ilk üçlükdə finişə ümid etmirdik - ona görə də bu həm mənim üçün, həm də Renault üçün əla nəticədir. Biz qışda gərgin işləmişik, mövsümöncəsi testlərdə çalışmışıq və mövsümün əvvəlində belə nəticəni yalnız arzulayırdıq. Ona görə də mən hamıya təşəkkür edirəm.

Biz realist olmalıyıq - təmiz sürətə qalsa, biz hələ podiuma namizəd deyilik. Biz hələ çox çalışmalıyıq - yalnız bu halda podiumlar bizim üçün adi olacaq.

Yarışın əvvəlində mən liderlərin tempini saxlaya bilmirdim, çünki bizim təkərlər işçi temperaturu gec yığırlar. Amma görəndə ki, Batton sliklərlə yaxşı nəticələr göstərir, biz də Massa ilə eyni zamanda pitə girdik. Mexaniklər fantastik iş gördülər və mən Felipeni qabaqlaya bildim, trasa isə Battonun düz arxasında çıxdım. Amma artıq qızmış təkərlərlə Censon çox sürətli idi, xüsusilə də düz yollarda.

Yarışın sonuna kimi mən hücumlar dəf edirdim, əvvəl Lyuis, sonra isə Felipe daim hücum edirdilər, amma mən ümid edirdim ki, sürətim mövqeyimi qorumağa kifayət edəcək."

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930