Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Xeres, 16 mart

Sayta qoyulub: 22:20 16.03.2009 (277 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeres, 16 mart

Fernando Alonso Xeres testlərinin ikinci günü protokollara başçılıq edib və ən yaxşı dövrəsində ikinci olmuş Rubens Barrikellonu 0.05 saniyə qabaqlaya bilib. İspan sürücü ən yaxşı nəticəsini axşama yaxın göstərib, nahardan əvvəl isə o bir neçə uzun seriyalı dövrələr vurub.

Brawn GP komandasında bu gün trasa hər iki sürücü çıxıb. Səhər Rubens Barrikello 62 dövrə vurub, nahardan sonra Censon Batton cəmi 12 dövrə vura bilib - indiyə kimi ən etibarlı sayılan BGP001 bu il ilk dəfə nasazlıq üzündən trasda dayanıb. Amma Censonun qısa müddət ərzində göstərdiyi nəticə protokollarda üçüncü sətri tutub.

Dördüncü sətri isə sonuncu dünya çempionu Lyuis Həmilton tutub. Bu gün McLaren komandası aerodinamik elementlərin effektliyinin artırılması ilə məşğul olub və səhər britaniyalı sürücü trasa diffuzorun üzərinə bərkidilmiş ölçü cihazı ilə trasa çıxıb. Ən sürətli dövrəsində Lyuis Fernandoya bir saniyədən çox uduzub.

Niko Rosberq günün ən böyük məsafəsini qət etməklə protokollarda sonuncu sətri tutub...

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. F.AlonsoRenaultRenault1:18.34399
2. R.BarrikelloBrawn GPMercedes+ 0:00.05562
3. C.BattonBrawn GPMercedes+ 0:00.54912
4. L.HəmiltonMcLarenMercedes+ 0:01.17085
5. N.RosberqWilliamsToyota+ 0:01.440123

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930