Yarış
Sayta qoyulub: 11:46 28.03.2010 (326 dəfə oxunub)
Buludlu. Yarışdan əvvəl yağış. Əvvəl qurumaqda olan tras, sonra quru. Havanın temperaturu +26° C, trasın temperaturu +24° C
Melburnda yarışın startına 20 dəqiqə qalmış yağış başlayıb, sürücülər trasa sliklərlə çıxsalar da, start düzlüyündə mexaniklər maşınlara keçid təkərlərini taxıblar. Virgin komandasının hər iki sürücüsü pit-leyndən start alıb, Yarno Trulli isə hidravlik problemlər üzündən starta çıxmayıb.
Sebastyan Fettel birinci döngəyə lider kimi daxil olub, Felipe Massa beşinci yerdən ikinci yerə yüksəlib, Həmilton, Kubitsa və Petrov bir neçə mövqe qazanıblar. Batton Alonsonun maşınını arxadan vurduğu üçün ispaniyalı sürücü Şumaheri trasdan çıxarıb və özü yerində fırlanıb. Yeddiqat dünya çempionu ön antiqanadını dəyişmək üüçn pit-stopa yönəlib. Kobayaşi də ön antiqanadını itirib, baryerə çırpılıb, sonra isə Hülkenberq və Buemiyə çırpılaraq onları da yarışdan kənar qoyub. Trasa Təhlükəsizlik Maşını çıxıb.
Restartda Alonso Qloku 17-ci yer uğrunda mübarizədə qabaqlayıb, Həmilton isə Battonu. Tras sürətlə quruduğu üçün artıq altıncı dövrədə Batton pit-stopa gedib və Soft təkərlərinə keçib. Censon ilk dövrədə trasdan çıxsa da, tezliklə onun göstərdiyi temp rəqiblərini də pitə müraciət etməyə məcbur edib. Batton ən erkən pitin sayəsində 12-ci dövrədən sonra Fettelin arxasına düşüb. Massa və Uebber cütlüyü isə Kubitsa və Rosberqi də irəli buraxıb.
On altıncı dövrədə Uebber və Həmilton Massanı keçiblər, bundan dərhal sonra Lyuis Marka da hücum edib, avstraliyalı sürücünü trasdan çıxarıb, Massa isə mövqeyini geri qaytarıb. Altı dövrə sonra Həmilton Massanı keçə bilib, bu zaman Alonsonun səhvindən istifadə edən Uebber Ferrari-ni qabaqlayıb. Daha dörd dövrədən sonra Həmilton Rosberqi keçə bilib, elə bu an liderlik edən Fettel əyləc problemləri üzündən trasdan çıxıb və yarışı dayandırıb. Yarışa Censon Batton başçılıq edib, onu Kubitsa və Həmilton cütlüyü izləyib.
Otuzuncu dövrədə Şumaher təzə təkər dəsti aldıqdan sonra ən sürətli dövrəyə imza atıb, onun ardınca Uebber, Rosberq və Həmilton da pitə baş çəkiblər. İlk dördlük isə yarışı davam etdirib. Həmilton və Uebber daha təzə təkərlərlə Ferrari sürücüləri ilə aralarındakı fərqi sürətlə azaltmağa başlayıblar. Batton isə Kubitsadan xeyli uzaqlaşdığı üçün özünü rahat hiss edib.
Finişə səkkiz dövrə qalmış Kubitsanın arxasında iki Ferrari sürücüsü, Həmilton, Uebber və Rosberqdən ibarət qatar əmələ gəlib. Amma təqibçilərin də təkərləri ciddi yeyilib. Finişə iki dövrə qalmış Lyuis Fernandonu keçmək istəyib, Fernando döngədə yolu bağlayıb, əyləci basan Lyuisə arxadan Mark çırpılıb. Nəticədə Rosberq dördüncü yerə yüksəlib. Həmilton yerində fırlanıb və trasa qayıdıb, Uebber isə yeni antiqanad üçün pitə yollanıb.
Censon Batton inamla yarışı qələbəyə qədər davam etdirib - britaniyalı dünya çempionu McLaren-in tərkibində ikinci yarışında ilk qələbəsini qazanıb. Robert Kubitsa Con Travoltanın yellədiyi dama-dama bayrağı ikinci görüb, Felipe Massa isə ardıcıl ikinci podiumunu qazanıb...
Əgər Bəhreyn yarışı hamıya darıxıdırıcı görünmüşdüsə, Avstraliya Qran Prisi çox maraqlı alınıb...
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | C.Batton | McLaren | Mercedes | 1:33:36.531 |
| 02 | R.Kubitsa | Renault | Renaul | + 0:12.034 |
| 03 | F.Massa | Ferrari | Ferrari | + 0:14.488 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | + 0:16.304 |
| 05 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:16.683 |
| 06 | L.Həmilton | McLaren | Mercede | + 0:29.898 |
| 07 | V.Liutsi | Force İndia | Mercedes | + 0:59.847 |
| 08 | R.Barrikello | Williams | Cosworth | + 1:00.536 |
| 09 | M.Uebber | Red Bull | Renault | + 1:07.319 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | + 1:09.391 |
| 11 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1:11.301 |
| 12 | P.de la Rosa | BMW Sauber | Ferrari | + 1:14.084 |
| 13 | H.Kovalaynen | Lotus | Coswort | + 2 dövrə |
| 14 | K.Çandhok | Hispania | Cosworth | + 5 dövrə |
| - | T.Qlok | Virgin | Cosworth | - |
| - | L.di Qrassi | Virgin | Cosworth | - |
| - | S.Fettel | Red Bull | Renault | - |
| - | A.Sutil | Force İndia | Mercedes | - |
| - | V.Petrov | Renault | Renault | - |
| - | B.Senna | Hispania | Cosworth | - |
| - | S.Buemi | Toro Rosso | Ferrari | - |
| - | N.Hülkenberq | Williams | Coswort | - |
| - | K.Kobayaşi | BMW Sauber | Ferrari | - |
| - | Y.Trulli | Lotus | Cosworth | - |
Sürətli dövrə: Mark Uebber (Red Bull) - 1:28.351 (47-ci dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | F.Alonso | Ferrari | Ferrari | 37 |
| 02 | F.Massa | Ferrari | Ferrari | 33 |
| 03 | C.Batton | McLaren | Mercedes | 31 |
| 04 | L.Həmilton | McLaren | Mercede | 23 |
| 05 | N.Rosberq | Mercedes GP | Mercedes | 20 |
| 06 | R.Kubitsa | Renault | Renaul | 18 |
| 07 | S.Fettel | Red Bull | Renault | 12 |
| 08 | M.Şumaher | Mercedes GP | Mercedes | 9 |
| 09 | V.Liutsi | Force İndia | Mercedes | 8 |
| 10 | M.Uebber | Red Bull | Renault | 6 |
| 11 | R.Barrikello | Williams | Cosworth | 5 |
| 12 | A.Sutil | Force İndia | Mercedes | 0 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | 0 |
| 14 | N.Hülkenberq | Williams | Coswort | 0 |
| 15 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 16 | S.Buemi | Toro Rosso | Ferrari | 0 |
| 17 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 18 | P.de la Rosa | BMW Sauber | Ferrari | 0 |
| 19 | B.Senna | Hispania | Cosworth | 0 |
| 20 | T.Qlok | Virgin | Cosworth | 0 |
| 21 | V.Petrov | Renault | Renault | 0 |
| 22 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 0 |
| 23 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
| 24 | K.Çandhok | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Ferrari | Ferrari | 70 |
| 02 | McLaren | Mercedes | 54 |
| 03 | Mercedes GP | Mercedes | 29 |
| 04 | Renault | Renault | 18 |
| 05 | Red Bull | Renault | 18 |
| 06 | Force İndia | Mercedes | 8 |
| 07 | Williams | Cosworth | 5 |
| 08 | Toro Rosso | Ferrari | 0 |
| 09 | Sauber | Ferrari | 0 |
| 10 | Lotus | Cosworth | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Virgin | Cosworth | 0 |

Yüklənir...
2010-02: AVSTRALİYA QP bölümünün digər xəbərləri: