Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Yerli polislər L.Həmiltonu tutublar

Sayta qoyulub: 10:01 27.03.2010 (142 dəfə oxunub)
Hərf ölçüsü:

Yerli polislər L.Həmiltonu tutublar

Biz McLaren komandasının dünən axşam yaydığı mətbuat relizini sayta qoymuşuq - relizdə Lyuis Həmilton yerli polislərdən üzr istəyib. Avstraliya uik-endin favoritlərindən birinin axşam sərgüzəştləri barədə səhər qəzetlərinin hamısı yazıb - Lyuis "avtoşluq" edirmiş, Melburnun yaxınlığındakı Sent Kild şəhərciyində asfaltda təkərdən tüstü çıxarmaqla dairələr çızırmış...

Yerli The Age yazır: "Polisdəki rəsmi mənbələr təsdiq ediblər ki, yerli vaxtla saat 21:15-də baş vermiş insident üzrə İsveçrədə yaşayan 25 yaşlı britaniyalı sürücüyə ittiham poli sahəsinə gəldikdən sonra oxunacaq. Verilən məlumata görə, 2010-ci ilin istehsalı olan gümüşü Mercedes sedanı həbs olunub - onun sahibi dənizkənarından Fitsroy küçəsinə çıxdqıdan sonra asfaltda dairələr çızmağa başlayıb.

Qeyd edək ki, Həmiltonun maşını birinci dəfə deyil həbs olunur. Üç il əvvəl sürücü Fransa yollarından birində 196 km/saat sürətlə hərəkət etdiyi üçün o zaman da idarə etdiyi Mercedes həbs olunmuşdu."

Avstraliya Qran Prisinin təşkilatçıalrı bildiriblər ki, onların baş verən hadisədən xəbərləri yoxdur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829