Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

K.Çandhok etibarlılıqda inkişafa ümid edir

Sayta qoyulub: 12:13 24.03.2010 (113 dəfə oxunub)
Hərf ölçüsü:

K.Çandhok etibarlılıqda inkişafa ümid edir

Bəhreyndə Karun Çandhok yalnız sıralanma turunda trasa çıxa bilmişdi - Hispania komandasının mühəndis və mexanikləri onun maşınındakı hidravlik problemləri uzun müddət həll edə bilmirdilər, amma bu gün komanda Xtrac şirkətindən yeni elementlər alıb və hindistanlı sürücü ümid edir ki, qarçıdakı uik-end məhsuldar işləyə biləcək...

Karun Çandhok: "Müəyyən səbəblər üzündən mənim maşınımda hidravlik problemlər Brunonun maşınına nisbətən daha aşkar idi. Xtrac şirkətinin mühəndisləri sistemi bütövlükdə sökdülər və İngiltərəyə göndərdilər, bu gün axşam biz iki yeni sistem almışıq - onlar hesab edirlər ki, problemlər həll olunub.

Buna baxmayaraq, əgər bazar günü biz finiş xəttini keçə bilsək, bu möcüzə olacaq, mən hər bir sessiyada iyirmi dövrə vurmaq ümidindəyəm. Bu ciddi inkişaf etməyə səbəb olacaq - biz maşınla işləməyi öyrənirik, hər bir kilometr bizim üçün çox vacibdir.

Bəhreyndə biz çətin vəziyyətə düşdük, bizim uşaqlar qırx saat ardıcıl işləməli oldular. Bu uik-end bizi yenə də gərgin iş gözləyir - mən bilirəm ki, bəzi yeni elementləri komanda hələ səhər alacaq, ona görə də iş qrafiki çox gərgin olacaq."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829