Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

K.Maqnussen McLaren-in diqqətini çəkib

Sayta qoyulub: 19:45 22.03.2010 (41 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

K.Maqnussen McLaren-in diqqətini çəkib

Hamıya məlumdur ki, Formula1-də irsilik geniş yayılıb: elə bu günlərdə Mercedes GP komandasında 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğlu Nikonu, Hispania komandasında üçqat dünya çempionu Ayrton Sennanın bacısı oğlu Brunonu görmək olar.

Amma Fromula1 komandaları keçmişi unutmamaqla gələcəyi düşünərək istedadlı gənclərlə işləməyi də unutmurlar. Bu gün Martin Uitmarş bildirib ki, McLaren keçən əsrin sonlarında Formula1 sürücüsü olmuş danimarkalı Yan Maqnussenin 17 yaşlı oğlu Kevin Maqnussenlə uzunmüddətli müqavilə bağlayıb - yeri gəlmişkən, 1995-ci ildə Yan McLaren-in tərkibində bir yarış keçirmişdi...

Keçən il Kevin Renault Formulasının Avropa Kubokunda ikinci olub, bu il isə o, Almaniyanın Formula3 çempionatında gücünü sınayacaq. Ümumiyyətlə, beynəlxalq seriyalarda McLaren-lə müqavilə bağlamış 8 gənc sürücü yarışır: Maqnussend-ən başqa bu siyahıya Qiyedo van der Qarde, Nik de Vris, Oliver Törvi, Oliver Roulənd, Petri Suvanto, Aleks Əlbon və Cek Harvi.

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930