Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Albert Parkın tribunalarından birinə M.Uebberin adı veriləcək

Sayta qoyulub: 14:23 22.03.2010 (117 dəfə oxunub)
Hərf ölçüsü:

Albert Parkın tribunalarından birinə M.Uebberin adı veriləcək

Avstraliyada Mark Uebberin gəlişini səbirsizliklə gözləyirlər: birincisi, sürücünün doğma şəhəri Kuinbeyndə onun şərəfinə təmtəraqlı məclis qurulacaq, ikincisi, Melburnun meriyası Albertin Parkın tribunalarından birinə onun adının verilməsini qərara alıb.

Bu gün Mark xüsusi eskortun müşaiyəti ilə Kuinbeynin küçələrini gəzəcək, günorta isə məclis başlayacaq.

Tom Overall, Kuinbeynin meri: "Kuinbeyn idmanda uğur qazanmış bütün həmyerliləri ilə fəxr edir: bizim üçün böyük şərəfdir ki, onlar bizim şəhəri təmsil edirlər. Biz Markın karyerasını diqqətlə izləyirik və keçən Almaniyada o ilk qələbəsini qazananda bütün şəhər sakinləri üçün əsil bayram idi."

Albert Parkda Fanxio və Sennanına dlarını daşıyan tribunaların arasında Mark Uebberin adına tribuna peyda olacaq. Qran Pri zamanı bu tribunadan tamaşaçılar 16-cı döngənin çıxışını və start-finiş düzlüyünün başlanığıcını əla görəcəklər.

Mark Uebber: "Təqvimdə bir neçə xüsusi yarış var, məsələn, Spa və Monako. Avstraliya Qran Prisi isə, sözsüz ki, əla təşkilatçılığı ilə fərqlənir - bəlkə də çempionatdan ən yaxşı. Bunu bütün avropalı qonaqlar söyləyir, sürücülər də Melbrunda gəlməyi xoşlayırlar. Tribunalarda mən həmişə çoxlu bayraqlar görürəm! Trasa mən heç nə eşitməsəm də, həmişə əla atmosferi hiss edirəm.

Bəhreyn Qran Prisindən sonra Avstraliyadan hamı çox şey gözləyir. Biz isə maşın haqqında yeni məlumatlar öyrəndik, bu uik-endə ümidlərimiz yüksəkdir..."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829