Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Ferrari soyutma sistemləri üzərində işləyir

Sayta qoyulub: 12:12 22.03.2010 (127 dəfə oxunub)
Hərf ölçüsü:

Ferrari soyutma sistemləri üzərində işləyir

Ferrari mühəndisləri F10-un soyutma sistemlərinin effektliyinin artırılması üzərində işləyirlər. Yaxın yarışların bəzisi isti havada keçə bilər, ona görə də komanda aerodinamik effektliyi saxlamaqla motorun soyudulmasını yaxşılaşdırmalıdır.

Bəhreyndə Skuderiyanın hər iki maşınında sıralanma turundan sonra motor dəyişdirilmişdi, yarışın son dövrələrində isə Felipe Massanın maşınında motorun qızması ilə problemlər yaşanmışdı və sürücü sürətini azaltmışdı. Çətinliklər maşının yanacaq bakının böyüməsi ilə əlaqədar olaraq arxa hissədə bir çox elementlərin sıx yığılması ilə bağlıdır. Asfalta yatma qüvvəsini artırmaq üçün mühəndislər aerodinamikanı optimallaşdırıblar, amma soyutma effektliyi qurban verilib.

Stefano Domenikali: "Motorların qızma problemləri aerodinamika ilə bağlıdır. Bəhreyndə qələbə dublu qazanmaq əla nəticədir, amma üzə çıxmış problemlərin siyahısı çox böyükdür və bu problemləri növbəti uik-endə kimi həll etmək lazımdır."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829