Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

J.Todt "107% qaydası"nı qaytarmaq istəyir

Sayta qoyulub: 20:57 12.03.2010 (38 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

J.Todt "107% qaydası"nı qaytarmaq istəyir

FİA prezidenti Jan Todt Formula1-ə "107% qaydası"nı qaytarmaq barədə söhbət açıb, əvvəllər bu qaydaya əsasən sıralanma turundan sonra yavaş maşınlar yarışın startına buraxılmırdılar. Bu qayda 1996-2002-ci illərə qədər tətbiq olunub, amma yeni komandaların Formula1-ə gəlməsi Todtu keçmiş günləri xatırlamağa məcbur edib. Hərçənd, Jan hesab edir ki, tələsmək lazım deyil, gələn ili gözləmək lazımdır...

Jan Todt: "Yeni komandalar çempionata gəldikdən sonra biz 107%-lik məhdudiyyətin tətbiqinin tərəfdarıyıq. O zaman sıralanma turunun formatı dəyişdiyi üçün bu qaydanı ləğv etməli olmuşdular. Bu il qaydaları dəyişmək gecdir, həm də bütün komandaların yekdil razılığı lazımdır, amma FİA bu qərarı dəstəkləyir. Lakin mən inanmıram ki, bu qərar gələn ildən tez qəbul olunsun."

Maraqlı burasıdır ki, bu gün sərbəst yürüşlərdə yalnız Bruno Senna 107%-lik həddi aşıb, digər yeni komandalar isə hətta bu qayda tətbiq olunsa belə problemsiz starta çıxa bilərdilər...

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031