Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

K.Çandhok sərbəst yürüşləri buraxıb

Sayta qoyulub: 17:46 12.03.2010 (133 dəfə oxunub)
Hərf ölçüsü:

K.Çandhok sərbəst yürüşləri buraxıb

Hispania komandası mövsümöncəsi testlərdə işləməyib və yalnız bu gün ilk dəfə yeni maşınını trasa çıxarıb, amma trasa yalnız Bruno Senna çıxa bilib, Karun Çandhok isə problemlər üzündən bütün günü boksda gözləməli olub...

Karun Çandhok: "Maşın son günlərdə hazır olduğundan problemsiz ötüşə bilmədik. Hələlik ötürmələr qutusu və ilişmə muftası yaxşı işləmir, ona görə də bu gün mən trasa çıxa bilmədim.

Dünən və bu gün beş dəfə elə vəziyyət yarandı ki, biz elə bildik ki, yaranmış problemi həll etmişik, amma hər dəfə yeni problem üzə çıxdı. Komanda məyus olub, mexaniklər keçən gecədən işləyirlər. Problem elektronika və hidravlika ilə əlaqədardı, mexaniki deyil. Vəziyyət ideal deyil, amma heç olmasa Bruno trasa çıxa bildi.

Bu gün hətta təcrübəli komandalar çox şeyi birinci dəfə öyrənirdilər, bizim isə həm komandamız yenidir, həm də sürücülərimiz debütantdırlar - bu isə vəziyyəti daha da ağırlaşdırıbiz bilirdik ki, uik-end çətin olacaq, amma ümid edirdik ki, heç olmasa böyük məsafə qət edə bilərik. Plan belə idi, amm alınmadı.

Ümumiyyətlə, mövsümün ilk dörd yarışı bizim üçün çox çətin olacaq, sonra vəziyyət yaxşı olmalıdır."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829