Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

F.Briatore Formula1-ə qayıtmağa hazırlaşmır

Sayta qoyulub: 15:35 12.03.2010 (132 dəfə oxunub)
Hərf ölçüsü:

F.Briatore Formula1-ə qayıtmağa hazırlaşmır

Renault komandasının keçmiş başçısı Flavio Briatore əmindir ki, heç vaxt Formula1-ə qayıtmayacaq. Keçən il o, yarışın nəticəsinə dəyişməsi ilə əlaqədar yaranmış qalmaqaldan sonra vəzifəsini tərk etməli olmuşdu. Düzdür, bundan sonra Flavio onu ömürlük avtoidmandan uzaqlaşdıran FİA-ya qarşı məhkəmədə qalib gəlib, amma özünün dediyinə görə, bir daha paddoka qayıtmaq fikri yoxdur...

Flavio Briatore: "Mən bunu tam istisna edirəm. Yarışlara televizorda baxacam, mən əvvəlki kimi Formula1-i çox sevirəm, ona görə də 2006-cı ildə Alonso ikinci titulu qazandıqdan sonra idmanı tərk etməli idim.

Mən bu həyatımda hər şeyə çatmışam və indi özümü başqa sahəyə həsr etmək istəyirəm. O vaxt mən 2007-ci ildə də komandadan getmək istəyirdim, amma Alonso geri qayıtdığı üçün komandada qaldım, çünki mən Alonsonun yaxın dostuyam.

Formula1-də mən məşhurluq qazanmışam, çoxlu dostlar tapmışam, ləzzət almışam və heç nədən təəssüflənmirəm..."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829