Sıralanma turu
Sayta qoyulub: 17:05 13.03.2010 (87 dəfə oxunub )
Quru. Günəşli. Havanın temperaturu +34° C, trasın temperaturu +36° C
Mövsümün ilk sıralanma turu maşınların real sürəti haqqında suallara cavab verməli idi - dünya çempionatının iştirakçıları ilk dəfə olaraq trasa az yanacaqla bərabər şəraitdə və eyni zamanda çıxıblar. Düzdür, bu il maşının sürəti elə də böyük rol oynamır, hər şeydən əvvəl təkərin yüklənməsi və maşının müxtəlif yanacaq miqdarında stabil balansıdır, amma məhz sürətə görə maşınlar start xəttində düzüləcəklər.
Sıralanma turunun ilk sessiyasında protokollara Fernando Alonso başçılıq edib, mübarizəni isə üç yeni komandanın sürücüləri ilə birlikdə Xayme Algersuari dayandırıb. İkinci sessiyada isə Saxir trasının yeni konfiqurasiyasının rekord göstəricisi ilə (1:53.883) Sebastyan Fettel birinci olub, mübarizəni isə Williams və Sauber-in sürücüləri ilə birlikdə Vitantonio Liutsi, Sebastyen Buemi və Vitaliy Petrov dayandırıblar.
Sıralanma turunun son sessiyasında Red Bull, Ferrari, McLaren və Mercedes GP komandalarının sürücüləri ilə birlikdə Adrian Sutil və Robert Kubitsa mübarizə aparıblar - bu onluq sabah start xəttinə ən yaxşı nəticəni göstrərkən istifadə etdikləri təkərlərlə çıxacaqlar, Adiran və Robertdən başqa digər sürücülər son cəhdlərində SuperSoft tərkibindən istifadə ediblər.
Mövsümün ilk poulunu isə Sebastyan Fettel qazanıb, sabah onun yanında və arxasında Ferrari sürücüləri start alacaqlar - Felipe Massa Fernando Alonsonu qabaqlaya bilib. Lyuis Həmilton McLaren-də Censon Battonu, Niko Rosberq isə Mercedes GP-də Mixael Şumaheri qabaqlayıb. Bu poul Fettelin karyerasında altıncıdır, bundan əvvəlki beş poulun dördünü o qələbəyə çevirə bilib, amma sabahkı yarışın nəticələri bir çox faktorlardan asılıdır...
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
| Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
| 01 | S.Fettel | Red Bull | Renault | 02 | 1:55.029 | 01 | 1:53.883 | 1:54.101 | - |
| 02 | F.Massa | Ferrari | Ferrari | 05 | 1:55.313 | 04 | 1:54.331 | 1:54.242 | + 0.141 |
| 03 | F.Alonso | Ferrari | Ferrari | 01 | 1:54.612 | 02 | 1:54.172 | 1:54.608 | + 0.507 |
| 04 | L.Həmilton | McLaren | Mercedes | 06 | 1:55.341 | 06 | 1:54.707 | 1:55.217 | + 1.116 |
| 05 | N.Rosberq | Mercedes GP | Mercedes | 07 | 1:55.463 | 05 | 1:54.682 | 1:55.241 | + 1.140 |
| 06 | M.Uebber | Red Bull | Renault | 04 | 1:55.298 | 03 | 1:54.318 | 1:55.284 | + 1.183 |
| 07 | M.Şumaher | Mercedes GP | Mercedes | 09 | 1:55.593 | 09 | 1:55.105 | 1:55.524 | + 1.423 |
| 08 | C.Batton | McLaren | Mercedes | 11 | 1:55.715 | 10 | 1:55.168 | 1:55.672 | + 1.571 |
| 09 | R.Kubitsa | Renault | Renault | 08 | 1:55.511 | 07 | 1:54.963 | 1:55.885 | + 1.784 |
| 10 | A.Sutil | Force İndia | Mercedes | 03 | 1:55.213 | 08 | 1:54.996 | 1:56.309 | + 2.208 |
| 11 | R.Barrikello | Williams | Cosworth | 12 | 1:55.969 | 11 | 1:55.330 | - | - |
| 12 | V.Liutsi | Force İndia | Mercedes | 10 | 1:55.628 | 12 | 1:55.653 | - | - |
| 13 | N.Hülkenberq | Williams | Cosworth | 15 | 1:56.375 | 13 | 1:55.857 | - | - |
| 14 | P.de la Rosa | BMW Sauber | Ferrari | 16 | 1:56.428 | 14 | 1:56.237 | - | - |
| 15 | S.Buemi | Toro Rosso | Ferrari | 14 | 1:56.189 | 15 | 1:56.265 | - | - |
| 16 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 17 | 1:56.541 | 16 | 1:56.270 | - | - |
| 17 | V.Petrov | Renault | Renault | 13 | 1:56.167 | 17 | 1:56.619 | - | - |
| 18 | X.Algersuari | Toro Rosso | Ferrari | 18 | 1:57.071 | - | - | - | - |
| 19 | T.Qlok | Virgin | Cosworth | 19 | 1:59.728 | - | - | - | - |
| 20 | Y.Trulli | Lotus | Cosworth | 20 | 1:59.852 | - | - | - | - |
| 21 | H.Kovalaynen | Lotus | Cosworth | 21 | 2:00.313 | - | - | - | - |
| 22 | L.di Qrassi | Virgin | Cosworth | 22 | 2:00.587 | - | - | - | - |
| 23 | B.Senna | Hispania | Cosworth | 23 | 2:03.240 | - | - | - | - |
| 24 | K.Çandhok | Hispania | Cosworth | 24 | 2:04.904 | - | - | - | - |

Yüklənir...
2010-01: BƏHREYN QP bölümünün digər xəbərləri: