Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

B.Bell: "McLaren-in elementi qeyri-qanunidir"

Sayta qoyulub: 13:13 12.03.2010 (114 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

B.Bell: "McLaren-in elementi qeyri-qanunidir"

Renault komandası McLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının leqallığını təsdiq etmiş FİA-nın mövqeyindən narazı qalıb. Federasiyanın texniki xidməti bu elementin reqlamentə uyğun gəlməsini bildirdikdən sonra Red Bull komandası belə bir elementdən tezliklə istifadə edəcəyini bildirib. Amma Renault komandası hesab edir ki, bununla Formula1-də yeni "silahlanma yarışı" başlayacaq...

Bob Bell: "McLaren-in bu elementi qeyri-qanunidir - bu aşkardır. Onlar reqlamentdən kənara çıxıblar və "silahlanma yarışına" başlayıblar, bu isə komandalar tərəfindən ciddi məsrəflərə səbəb olacaq. Mən hesab edirəm ki, federasiya bu məsələdə sərt mövqe tutmalı idi.

FİA-nın qərarı məsrəflərin azaldılması siyasətinə müvafiq deyil. Biz qənaət etməyə çalışırıq, komandalarda Qran Pri zamanı işləyən əməkdaşların sayı məhduddur - indi gecələr işləmək çox çətindir.

Protest? Mən bunu şərh edə bilmərəm, amma istənilən komanda bunu edə bilər."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031