Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

K.Horner: "Komandalar McLaren-in qanadını nüsxələyəcəklər"

Sayta qoyulub: 11:02 12.03.2010 (36 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

K.Horner: "Komandalar McLaren-in qanadını nüsxələyəcəklər"

Keçən həftə Red Bull komandasının nümayəndələri FİA-dan MñLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının reqlamentə uyğun gəlməməsi barədə müraciət etmişdilər. Sürücü bu elementin sürətli düz yolda üstünlüyündən istifadə edə bilər - yeni element diffuzorun əksinə olaraq, lazım olan anda asfalta yatma qüvvəsini artırmaq əvəzinə azaldır.

Elementin necə idarə olunması məlum deyil, şayiələrə görə, sürücü ayağı ilə kokpitin içində hava axınını dəyişir, nəticədə təzyiq dəyişir və antiqanad müqaviməti artırıb-azaldır. Reqlamentə görə, antiqanad ətrafında hərəkətli elementlər qadağan olunub, doğrudan da McLaren maşınında bu ərazidə heç bir element hərəkət etmir. Ümumiyyətlə, bu element innovasiyadır - biz bir daha Fomula1 mühəndislərinin nə dərəcədə ağıllı olmasını görürük.

McLaren-in əməkdaşları bu konstruksiyanı FİA ilə mövsümün əvvəlində müzakirə ediblərmiş, dünən maşın ənənəvi texniki təftişi keçib...

Kristian Horner: "Keçən il ikiqat diffuzorlarla olduğu kimi komandalar mövsümün gedişində bu elementin müxtəlif variantlarından istifadə edəcəklər. Biz FİA-nın bu qərarına protest verməyəcəyik, amma belə bir elmentdən istifadə edəcəyik.

Düzdür, bu elementin effektliyi ikiqat diffuzor kimi deyil, amma bir çox komandalar tezliklə bu elementi nüsxələyəcklər."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031