Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

J.Todt: "Formula1 daha qənaətcil olmalıdır"

Sayta qoyulub: 17:36 11.03.2010 (42 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

J.Todt: "Formula1 daha qənaətcil olmalıdır"

Almaniyanın Welt qəzetinə müsahibəsində FİA prezidenti Jan Todt Formula1-də gələcəkdə də məsrəflərin azadılmasına federasiyanın münasibətindən danışıb...

Jan Todt: "Bir yarışda iki maşın maksimum 610 km məsafə qət edir, təqvimdə 20 yarış olarsa, il ərzində qət olunan məsafə 12 min km olar. Hər bir komandanın orta hesabla ildə 200 milyon dollar xərcləməsini götürsək, bir km-in dəyərini hesablaya bilərik - 17 min dollar! Bu absurd rəqəmdir! Formula1 daha qənaətcil olmalıdır. Məsələn, mövsümün gedişində aerodinamikanın təkmilləşdirilməsinə qadağa qoymaqla, bununla sürücülərin ustalığı ön plana keçəcək.

Büdcənin məhdudlaşdırılması prinsipi bir çox problemlərin mənbəyi olacaqdı, FİA-nın bütün faktorlara nəzarət etmək imkanı yoxdur. Bunun əvəzinə texniki məhdudiyyətlər tətbiq etmək lazımdır ki, bunun nəticəsində maliyyə vəsaitlərinə qənaət olunacaq, ək halda bu sxemin heç bir mənası yoxdur.

İstənilən halda bu məsələləri komandalarla uzlaşdırmaq lazımdır. Formula1-də maliyyə problemləri var, mən hətta təəccüblənmişəm ki, bu il startda komandaların sayı keçən ilkindən çox olacaq.

Mən təəssüf edirəm ki, Formula1-də artıq KERS sistemindən istifadə olunmur. Bütün dünyada hibrid sistemlərin texnologiyasına maraq böyüməkdədir, bu yolla yanacağa qənaət olunur. Biz ictimaiyyətə izah edə bilmirik ki, niyə Formula1 maşınları 100 km-ə 70 litr yanacaq işlədirlər."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031