Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

N.Hauq yeni komandaları dəstəkləməyə çağırıb

Sayta qoyulub: 13:14 11.03.2010 (41 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

N.Hauq yeni komandaları dəstəkləməyə çağırıb

Mercedes Motosport-un başçısı Norbert Hauq yeni komandalara qarşı dözümlü olmağa çağırıb, hərçənd, etiraf edib ki, yaxşı nəticələr göstərmək üçün debütantlar ciddi işləməlidirlər. Mövsümöncəsi testlərin nəticələrinə görə, Lotus və Virgin maşınları dövrədə liderlərə 5 saniyə uduzublar, Hispania komandasının maşınları isə hələ sabah birinci dəfə trasa çıxacaqlar. Amma Hauq hesab edir ki, yeni komandalara elə Bəhreynə gəldikləri üçün hörmət etmək lazımdır.

Norbert Hauq: "Məncə, hər şeydən əvvəl, biz onlara hörmət etməliyik. Onlar bir daha göstərdilər ki, Formula1-də debüt etmək nə dərəcədə çətindir. Bizim idmanda rəqabət olduqca yüksəkdir və mən deyərdim ki, bu il qələbə uğrunda heç də dörd deyil, yeddi-səkkiz komanda mübarizə aparacaq. Baxın, Force İndia necə sürətlənib, Toro Rosso necə güclənib, ona görə də mənə elə gəlir ki, formula1 əla formadadır.

Amma çempionata yeni gələnlər ciddi və çox işləməlidirlər, böyük addımlar atmalıdırlar - buna isə bir qədər vaxt lazımdır. Məncə, çətin vəziyyətə baxmayaraq, yeni komandaların peyda olması yaxşı əlamətdir. Hazırda onlara sponsor və maliyyə dəstəyi tapmaq çətindir.

Əminəm ki, onlar canla-başla işləyirlər və buna görə mən onlara hörmət edirəm. Hərçənd, onlar bir az sürətlə işləməlidirlər."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031