Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Tras

Sayta qoyulub: 12:12 10.03.2010 (124 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Tras

Bu il Bəhreyn tarixdə ikinci dəfə olaraq mövsümün ilk yarışını qəbul edəcək, birinci dəfə bu hal 2006-cı ildə olmuşdu. Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən uzun Bəhreyn adasının uzunluğu 48 km, eni isə 15 km-dir. Ölkənin ümumi sahəsi 663 kv.m, paytaxtı isə Manama şəhəridir (əhalisi 110 min nəfər).

Tras

Tarix: 12-14 mart 2010-cu il
Tras: Bahrain İnternational Circuit
Dövrənin uzunluğu: 6299 m
Dövrələrin sayı: 49
Ümumi məsafə: 308.405 km

Texniki cəhətdən avtodrom təcil və əyləcə tələbkardır, burda demək olar ki, sürətli döngə yoxdur, amma ötmək üçün yerlər var. Ətraf qumlu ərazilərə xüsusi yapışqanlı mayenin səpilməsinə baxmayaraq tras qum dənəciklərilə dolu olur, komandalar əlavə süzgəclərdən istifadə edirlər, bu isə motorun və əyləc sisteminin soyumasını çətinləşdirir. Bu ildən yarışda trasın yeni konfiqurasiyasından istifadə olunacaq, dördüncü və beşinci döngələr arasındakı sahədə uzunluğu 887 metr olan yeni yol salınıb, ona görə də dövrələrin sayı 57-dən 49-a düşüb.

Uzun start düzlüyü və nisbətən yavaş orta hissə mühəndisləri ənənəvi olan asfalta yatma qüvvəsi və düz yolda sürət arasında kompromisi axtarmağa məcbur edir.

Tras

Bu trasda keçirilən ilk yarışda Mixael Şumaher pouldan start alaraq qalib gəlmişdi. Sonrakı dörd ildə indi bir komandada yarışan Fernando Alonso və Felipe Massa hərəyə iki qələbə qazanıblar. Və nəhayət keçən il, əla formada olan Censon Batton birincilik əldə etmişdi. Bu dəfə mövsümün ilk yarışında kim qalib gələcək?..

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031