Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

M.Uebber: "Şumaheri çətin mövsüm gözləyir"

Sayta qoyulub: 19:47 09.03.2010 (41 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

M.Uebber: "Şumaheri çətin mövsüm gözləyir"

Red Bull komandasının sürücüsü Mark Uebber Mixael Şumaherin Formula1-ə qayıtması qərarını dəstəkləyib, amma eyni zamanda hesab edir ki, yaxşı fiziki forması və uğurlu mövsümöncəsi testlər alman sürücüyə çempionatı tərk edərkən olduğu səviyyəyə qayıtmağa imkan verməyəcək.

Mark Uebber: "Məncə, onu çox çətin mövsüm gözləyir. Hesab edirəm ki, o hər şeyi düzgün edəcək, amma mən heç vaxt belə uzun fasilədən sonra yaddaqalan qayıdış görməmişəm. İnanmıram ki, ikinci karyerası birincidən uğurlu olsun.

İndi gənc nəsil sürücülərin vaxtıdır, çünki ilk növbədə Formula1-in özü dəyişir, cavanlaşır. Maşınları indi idarə etmək çox asandır, bu uşaqlara baxanda düşünürəm ki, "əsil kişidirlər", onlar istedadlıdırlar, buna şübhə etmirəm, amma bircə istedad azlıq edir.

İndi sükanın hidravlik gücləndiricisi var, eləcədə digər köməkçi sistemlər idarəolunmanı asanlaşdırırlar. Ona görə də gənc sürücülər tezliklə yeni maşınlara öyrəşirlər. Gənc sürücülərdən fərqli olaraq, məsələn, mən bir çox seriyalarda yarışmışam, hətta mexaniki ötürmələr qutusu olan maşınları sürmüşəm. Bu mənim üçün böyük üstünlükdür.

Amma bir çox hallarda gənc sürücülər öz işlərini yaxşı yerinə yetirirlər - amma bunu bacarmayanlar da var. Elə sürücülər var ki, Formula1-ə uzunmüddətli hazırlıqdan sonra gəlirlər, məhz bu sürücülər uğur qazanırlar - Lyuis Həmilton və Sebastyan Fettelə baxmaq kifayətdir..."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031