Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

FİA McLaren-in maşınlarına yalnız Bəhreyndə baxacaq

Sayta qoyulub: 19:46 08.03.2010 (44 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

FİA McLaren-in maşınlarına yalnız Bəhreyndə baxacaq

McLaren maşınlarının arxa antiqanadının konstruksiyasının reqalmentə uyğun gəlməsini müəyyən edəcək texniki təftiş təxirə salınıb və yalnız Bəhreyndə baş tutacaq. Red Bull komandasının nümayəndələri bu antiqanaddan şübhələndikdən və FİA-ya müarciət etdikdən sonra, britaniyalılar təftiş üçün Çarli Uaytinqi Uokinqdəki bazaya dəvət etmişdilər. Elementin bütün sənədləri FİA-nın sərənsamında olsa da, Uaytinq nəqliyyat problemi üzündən Braziliyadan axtında uça bilməyib və təftiş təxirə salınmışdı.

Cümə axşamı Bəhreyndə bütün komandalar üçün məcburi olan maşınların texniki təftişi keçiriləcək, çox güman ki, McLaren maşınlarının arxa antiqanadı bir qədər əvvəl nəzərdən keçiriləcək ki, əgər lazım gələrsə, düzəlişlər etməyə vaxt olsun. McLaren-in nümayəndələri konstruksiyanın leqallığına əmindirlər, bütün detallar əvvəlcədən FİA ilə razılaşdırılıb, amma bu məsələyə nöqtə Bəhreyndə qoyulacaq.

Komandanın nümayəndəsi bildirib ki, "biz bir neçə məsələni müzakirə etmək üçün Uaytinqi bazaya dəvət etmişdik, amma o problemlər üzündən bazaya gələ bilmədi - amma həm biz, həm də FİA bizim maşınların reqlamentə uyğun gəlməsinə şübhə etmirik."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031