Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Ser S.Moss ağır zədələr alıb

Sayta qoyulub: 16:35 08.03.2010 (119 dəfə oxunub)
Hərf ölçüsü:

Ser S.Moss ağır zədələr alıb

Keçən uik-end məşhur britaniyalı sürücü ser Stirlinq Moss öz evində baş vermiş bədbəxt hadisədən sonra ağır zədələrlə hospitala çatdırılıb. Avtoidmanın 80 yaşlı veteranı liftin qapısı açılarkən şaxtaya yıxılıb - texniki problemlər üzündən qapı açılsa da lift kabinəsi hələ bir mərtəbə yuxarıda imiş. Üçüncü mərtəbədən yıxılan sürücünün hər iki topuğu, hər iki ayağında dörd sümüyü sınıb və onurğası zədələnib. Xoşbəxtlikdən, müayinə göstərib ki, daxili orqanlara heç nə olmayıb.

Zədələnmiş Moss Londonun şəhər hospitalına çatdırılıb, professor Sid Uotkinsin müdaxiləsindən sonra Şahzadə Qreysin hospitalına aparılıb. Onun həyatı təhlükə altında deyil və həkimlər ümid edirlər ki, artıq bazar ertəsi onu reanimasiyadan adi palataya keçirmək mümkün olacaq.

Britaniyanın Autosport qəzeti Mossun həyat yoldaşına istinadən bildirib ki, ciddi zədələrə baxmayaraq, veteranın əhvalı yaxşıdır...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829