Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Sauber komandası adını dəyişə bilər

Sayta qoyulub: 10:02 08.03.2010 (114 dəfə oxunub)
Hərf ölçüsü:

Sauber komandası adını dəyişə bilər

Sauber komandası BMW konserni çempionatı tərk edəndən və komandanı Peter Zauberə verdikdən sonra adında Bavariya zavodunun üçhərflik abbreviaturasını saxlayıb. Amma komandanın mövsümə hazırladığı C29 maşınlarında Ferrari motorları çalışacaq və addəyişmə qaçılmazdır - BMW Sauber Ferrari ifadəsi avtoidman ənənələrinə sığmır.

Komandanın adının dəyişməsi uzun, məsrəfli və bir çox razılaşmalar tələb edən üzücü prosesdir. Deyilənlərə görə, Sauber komandası titul sponsorun gəlişini gözləyir və məhz yeni sponsor adın dəyişməsini də maliyyələşdirəcək.

Danışıqlar hələ davam edir, amma komandanın mətbuat xidməti rəsmi sənədləri yeni loqotip altında göndərir - Ferrari-yə xas olan qırmızı fonda böyük S hərfi və komandanın adı Sauber Motorsport, hərçənd, çempionatda və FİA-nın sənədlərində komandanın adı hələ də BMW Sauber-dir.

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829