Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

M.Şumaherin işçi həftəsi

Sayta qoyulub: 16:34 07.03.2010 (122 dəfə oxunub)
Hərf ölçüsü:

M.Şumaherin işçi həftəsi

Almaniyanın Sport Bild qəzeti Mixael Şumaherin mövsümün ilk Qran Prisi ərəfəsində işçi həftəsinin qrafikini dərc edib...

Bazar ertəsi, 8 mart: Səhər adi məşqdən sonra Mixael İsveçrədəki ofisində işgüzar danışıqlar aparacaq - yeni ofisə keçmiş mətbuat katibi, hazırda mencer Sabine Kem başçılıq edir.

Çərşənbə axşamı, 9 mart: Heç bir rəsmi tədbir yoxdur - yüngül məşq və yola hazırlıq.

Çərşənbə, 10 mart: Həyat yoldaşı ilə birlikdə Mixael Cenevrədən şəxsi təyyarısində Bəhreynin paytaxtı Manamaya uçacaq. Uçuş 6 saat çəkəcək, günün ikinci yarısında sürücü Bəhreyndə olacaq və şəhərin ən yaxşı mehmanxanasına yollanacaq.

Cümə axşamı, 11 mart: Günün birinci yarısında Mercedes GP komandasının Mixael Şumaher və Niko Rosberqlə birlikdə mətbuat konfransı nəzərdə tutulub. Yerli vaxtla saat 15:00-da FİA-nın rəsmi mətbuat konfransı keçiriləcək.

Cümə, 12 mart: Yerli vaxtla səhər saat 10:00-da sərbəst yürüşlərin birinci hissəsi start alacaq, nahardan sonra ikinci hissə. Hər iki sessiya saat yarım çəkəcək, axşam sürücülər mühəndislərlə brifinqdə iştirak edəcəklər.

Şənbə, 13 mart: Səhər saat 9:00-da Çempionların paradı keçiriləcək - Formula1-in 60 illik yubileyniə həsr olunmuş tədbir. Saat 11:00-da şənbə sərbəst yürüşləri start alacaq, nahardan sonra isə yeni mövsümün ilk sıralanma turu.

Bazar, 14 mart: Günün birinci yarısında komanda ilə brifinq, Mercedes GP-nin rəsmi qonaqları ilə görüş və sürücülərin paradı planlaşdırılıb. Bundan sonra starta hazırlıq başlayacaq, yarış yerli vaxtla saat 15:00-da başlayacaq.

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829