Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

K.Rəykkönen Meksikada qəzaya uğrayıb (video)

Sayta qoyulub: 15:25 06.03.2010 (40 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

K.Rəykkönen Meksikada qəzaya uğrayıb (video)

Bu günlərdə Meksikada ralli üzrə dünya çempionatının ikinci mərhələsi keçir. Yarışın finişinə hələ çox var, amma Kimi Rəykkönen üçün yarış başa çatıb - finlandiyalı sürücünün Citroen-i birinci günü yeddinci xüsusi sahəsində qəzaya uğrayıb. Maşın bir neçə dəfə fırlanıb və ciddi zədələnib, mexaniklər maşını trasa qaytara bilməyiblər.

Yarış startda Kimi üçün uğursuz başlayıb və artıq ikinci sahədə elektrik problemləri üzündən sürücü yarım saat vaxt itirməli olub. Düzdür, sonra o yaxşı nəticələr göstərib - 3-cü sahədə yeddinci, 4-cü sahədə beşinci (hətta Ford komandasının iki əsas sürücüsünü, həmyerliləri Mikko Hirvonen və Yari Matti Latvalanı qabaqlayıb), 5-ci sahədə altıncı, 6-cı sahədə səkkizinci olub, amma 7-ci sahədə Rəykkönen qəzaya uğrayıb...

Aşağıda qəzanın videoyazısı qoyulub - sonda həmin sahəni altıqat dünya çempionu Sebastyen Löbün necə keçdiyini görmək olar:


Kimi Rəykkönen: "Mənim bəxtim gətirmədi: dopun sonunda maşın əylənmədə sürüşdü, biz yoldan çıxdıq və bir neçə dəfə fırlandıq. Bu yarışdan mən çox şey gözləyirdim, amma bu mənim rallidə yeddinci günüm idi və mən hələ öyrənirəm. Bu normaldır, öyrənmə zamanı belə qəzalar olur.

Ən çox ona görə məyus olmuşam ki, biz yarışı davam etdirə bilməyəcəyik, çünki mən sükan arxasında çox vaxt keçirmək istəyirdim. Əvvəlki sahələrdə mən maşını yaxşı hiss edirdim, artıq hücum edirdim. Əminəm ki, növbəti yarışda biz daha güclü olacayıq, bu uğursuzluğa baxmayaraq, mən əvvəlki kimi rallidən ləzzət alıram."

Meksika yarışı bazar günü gecə başa çatacaq, WRC-də növbəti mərhələ isə aprelin 1-3-də İordaniyada keçiriləcək...

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031