Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

C.Stüart: "Mosli çox dərinə getmişdi"

Sayta qoyulub: 12:14 06.03.2010 (137 dəfə oxunub)
Hərf ölçüsü:

C.Stüart: "Mosli çox dərinə getmişdi"

Üçqat dünya çempionu Ceki Stüart çempionatdakı vəziyyətdən narazıdır - Formula1-i avtoistehsalçılar tərk etsə də, çempionat hələ də şəxsi komandaalr üçün çox bahadır...

Ceki Stüart: "Bəlkə də, Maks Mosli islahatlara çalışmaqda çox dərinə getmişdi. Keçən il biz BMWToyota-nı itirdik, bir il əvvəl isə Honda-nı itirmişdik. Şəxsi komandalar isə belə böyüklükdə layihəni həyata keçirməkdə hələ də çətinlik çəkirlər, xüsusən də iqtisadi böhran şəraitində. Hərçənd, bütün komandalar büdcələrini ixtisar etməli olublar, bu məsələdə Mosli günahkar deyil, həm də avtoistehsalçılar həmişə öz senariləri üzrə hərəkət edirdilər - istəyəndə çempionata gəlirdilər, istəyəndə gedirdilər.

Maksın problemi onda idi ki, böyük komandaları kiçik komandalarla əvəz etmək istəyirdi və üstünlüyü kişik komandalara verirdi, avtoistehsalçıları isə əlverişsiz vəziyyətə qoyurdu, yeni komandalar üçün isə çox yumşaq şərtlər qoymuşdu - amma hələ heç bir yeni komanda tam özünü göstərməyib."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829