Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Y.Fillips Force İndia-nı tərk edib

Sayta qoyulub: 18:48 05.03.2010 (131 dəfə oxunub)
Hərf ölçüsü:

Y.Fillips Force İndia-nı tərk edib

Force İndia komandasının mətbuat xidməti təsdiq edib ki, komandanın kommersiya direktoru Yan Fillips ilə əməkdaşlıq vaxtından əvvəl pozulub.

Fillips 1973-cü ildə Britaniyanın Autosport jurnalının tarixində ən gənc redaktor olub, Jordan komandası ilə böyük yol keçib - sponsorlarla işləyib, FİA və FOM-la danışıqlar aparıb, 50-dən çox sürücü ilə müqavilə bağlayıb. Fillips bir neçə komanda sahibi və başçısı dəyişməklə on doqquz il Silverstoundakı bazada işləyib.

Rəsmi mətbuat relizində deyilir ki, "komanda Fillipsə gələcək işlərində müvəffəqiyyət arzulamaq istəyir."

Yan Fillipesin komandanı tərk etməsi barədə şayiələr hələ keçən ildən var idi, o zaman Yan hamıdan əvvəl BBC-nin jurnalistlərinə bildirmişdi ki, Cankarlo Fizikella Ferrari-yə keçəcək, bununla da Vicey Malyanı çox əsəbləşdirmişdi...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829