Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

H.Kovalaynen menecersizdir

Sayta qoyulub: 12:15 05.03.2010 (122 dəfə oxunub)
Hərf ölçüsü:

H.Kovalaynen menecersizdir

Sinqapurda 2008-ci ildə baş vermiş Nelsinyo Pikenin qəzasını araşdıran FİA-nın Ümumdünya Şurası Flavio Briatoreni idmandan ömürlük uzaqlaşdırmış və onun meneceri olduğu sürücüləri superlisenziyanın uzadılmaması ilə hədələmişdi. Bu ilin əvvəlində Heykki Kovalaynen və Lukas di Qrassi Briatorenin menecerlik xidmətlərindən imtina etdilər, hərçənd müqavilənin vaxtından əvvəl pozulması sürücü tərəfindən 1 milyon dolların ödənilməsini tələb edirdi.

Heykki və Lukas istənilən müqavilədə olan idman prinsiplərinin pozulması bəndindən istifadə ediblər. Amma bundan sonra Paris məhkəməsi FİA-nın qərarını qeyri-legitim elan etdi, bundan sonra Briatorenin hüquqşünasları Kovalaynenə qarşı iddia qaldırmaq imkanlarını öyrənməyə başlayıblar.

Finlandiyanın Turun Sanomat qəzeti yazır ki, Heykki Briatoreni heç kimlə əvəz etməyib və hələlik menecersizdir, hətta Lotus komandası ilə danışıqları o özü müstəqil aparıb. Heykkidən başqa Sebastyan Fettel və Mark Uebber də menecersiz yarışmağa üstünlük verirlər...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829