Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

K.Kolles "Debütantlardan ən güclüsü olacayıq"

Sayta qoyulub: 10:04 05.03.2010 (143 dəfə oxunub)
Hərf ölçüsü:

K.Kolles "Debütantlardan ən güclüsü olacayıq"

İspaniyanın Hispania komandasının başçısı Kolin Kollesin fikrincə, elə birinci debüt mövsümündə Lotus və Virgin kimi rəqiblərini qabaqlamaq üçün onların hər cür imkanı vardır, hətta baxmayaraq ki, komanda mövsümöncəsi testlərdə iştirak etməyib və hər iki sürücüsü çempionatın debütantı olacaq.

Bu barədə Midland, Spyker və Force İndia komandalarının keçmiş başçısı Mursiyada komandanın təqdimat mərasimində danışıb - mərasimdə komandanın sahibi Xose Ramon Karabante və sürücüləri Bruno Senna və Karun Çandhok da iştirak ediblər...

Kolin Kolles: "Bizim sürücülər cütündən çox xoşum gəlir, ümumiyyətlə, bütün komandanın burda olmağımız üçün çəkdiyi əziyyət mənə ləzzət elədi. Əlimizdə hər cür imkan var ki, el bu mövsümdəcə yeni komandalar içərisində ən güclüsü olaq.

Komanda daxili münasibətlər hələ inkişaf etməlidir, biz Formula1-ə maksimum yaxınlaşmışıq, qarşıdakı mövsümdə isə birgə əməkdaşlığı öyrənəcəyik. Biz elə ilk yarışdaca xal qazanmağı arzu edirik, amma məqsədimiz tədricən inkişaf etmək və rəqabətədavamlılığımızı artırmaqdır."

Mursiyada komanda yeni texniki direktorunu da elan edib - Jaki Ekelyart əvvəllər Prost, Sauber və Honda komandalarında çalışıb, son vaxtlar isə Lə Man seriyasında çıxışe dən Kollesin komandasında baş mühəndis olub...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829