Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Sayta qoyulub: 20:56 04.03.2010 (588 dəfə oxunub)
Hərf ölçüsü:

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Bu gün Ispaniyanın Mursiya şəhərində Formula1 komandalarından ən sonuncusunun təqdimat mərasimi keçirilib - Hispania Racing F1 Team yeni maşınını toplaşanlara göstərib. İtaliyanın Dallara şirkətinin hazırladığı şassiyə Cosworth motoru qoyulub, şassı əsasın bozrəngə boyanıb, ağ-çəhrayı zolaqlar komandanın yeganə sponsorunun rəngləridir. Diqqəti maşının burun elementinin çox aşağı olması cəlb edir.

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Tədbirdə HRT komandasının sahibi Xuan Ramon Karabante, komandanın başçısı Kolin Kolles və sürücüləri Bruno Senna və Karun Çandhok iştirak ediblər. Mövsümöncəsi testlərdə Hispania (o zaman hələ Campos adlanırdı) komandası iştirak etmədiyi üçün, maşın ilk dəfə trasa mövsümün ilk yarışı - Bəhreyn Qran Prisinin cümə sərbəst yürüşlərində çıxacaq.

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Kolin Kolles: "Bizim sürücülər cütündən çox xoşum gəlir, ümumiyyətlə, bütün komandanın burda olmağımız üçün çəkdiyi əziyyət mənə ləzzət elədi. Əlimizdə hər cür imkan var ki, el bu mövsümdəcə yeni komandalar içərisində ən güclüsü olaq.

Komanda daxili münasibətlər hələ inkişaf etməlidir, biz Formula1-ə maksimum yaxınlaşmışıq, qarşıdakı mövsümdə isə birgə əməkdaşlığı öyrənəcəyik. Biz elə ilk yarışdaca xal qazanmağı arzu edirik, amma məqsədimiz tədricən inkişaf etmək və rəqabətədavamlılığımızı artırmaqdır."

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Mursiyada komanda yeni texniki direktorunu da elan edib - Jaki Ekelyart əvvəllər Prost, Sauber və Honda komandalarında çalışıb, son vaxtlar isə Lə Man seriyasında çıxışe dən Kollesin komandasında baş mühəndis olub...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829