Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

M.Şumaher və N.Rosberq yeni Təhlükəsizlik Maşınını təqdim ediblər

Sayta qoyulub: 16:34 02.03.2010 (174 dəfə oxunub)
Hərf ölçüsü:

M.Şumaher və N.Rosberq yeni Təhlükəsizlik Maşınını təqdim ediblər

Mercedes GP komandasının sürücüləri Mixael Şumaher və Niko Rosberq bu gün Cenevrə avtosalonunda Formula1-in yeni Təhlükəsizlik Maşınını (TM) təqdim ediblər. Mercedes-Benz SLS AMG 2008-ci ildən istifadə olunan SL63 AMG modelini əvəz edəcək. Avtosalonun podiumuna maşını Niko Rosberq çıxarıb, SLS-in reklam kampaniyasnda iştirak etmiş Mixael Şumaher isə jurnalistlərə bildirib ki, belə bir maşını artıq özü üçün sifariş edib.

M.Şumaher və N.Rosberq yeni Təhlükəsizlik Maşınını təqdim ediblər

Əvvəllər olduğu kimi TM-in sükanı arxasında almaniyalı Bernd Maylander oturacaq, britaniyalı Pit Tibbets isə ehtiyat sürücü olacaq. çempionatın tibb maşını isə C63 AMG qalacaq - pit-leyndən çıxışda cənubi afrikalı Alan van der Merve FİA-nın həkimi Qəri Harşteynlə növbə çəkəcək.

Texniki xarakteristikasına görə yeni SLS AMG şətin işin öhdəsindən asanlıqla gəlməlidir - 6.3 litrlik V8 motoru 100 km/saat sürəti cəmi 3.8 saniyəyə yığır və dövrə ərzində yüksək sürətini saxlayır ki, Formula1 maşınlarının təkərləri soyumasın və motorları qızmasın.

AMG 1996-cı ildən Formula1-i TM və tibb maşınları ilə təchiz edir...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829