Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

US F1 birillik fasilə istəyir, Stefan GP isə starta hazırlaşır

Sayta qoyulub: 16:36 01.03.2010 (142 dəfə oxunub)
Hərf ölçüsü:

US F1 birillik fasilə istəyir, Stefan GP isə starta hazırlaşır

FİA-nın keçmiş prezidenti Maks Moslinin büdcənin məhdudlaşdırılması hesabına çempionat iştirakçıların sayının artırılması təşəbbüsü, bir çoxlarının ehtimal etdikləri kimi, kifayət qədər işlənməyibmiş. Debüt edəcək dörd komandadan yalnız Lotus və Virgin komandaları maşınlarını vaxtında qurub testlərdə iştirak etdilər və indi debüt yarışına hazırlaşırlar. FİA-dan iştirak hüququ almış daha iki komanda isə ciddi maliyyə problemlərini həll etməyə çalışır...

Əgər Campos komandası tam yenidənqurma həyata keçirdisə, US F1 komandası isə, şayiələrə görə, FİA-dan birillik fasilə istəyib - komanda 2011-ci ildə dünya çempionatında iştirak etməsi üçün zəmanət təqdim etməyə hazırdır.

Çempionatın daha bir potensial iştirakçısı - Toyota layihəsini almış Serbiyanın Stefan GP komandası ümid edir ki, federasiya komandanı starta buraxacaq, federasiya bu günlərdə iştirakçıların yekum siyahısını dərc etməlidir. Əgər US F1-ə birillik fasilə verilərsə, komanda boşalmış vakansiyanı tutmağa hazırdır. Kazuki Nakacimanın oturacaq ölçüləri götürülüb, Kölndəki bazaya bu gün Jak Vilnöv eyni prosedur üçün baş çəkəcək...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829