Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Barselona, 12 mart

Sayta qoyulub: 01:29 13.03.2009 (340 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona, 12 mart

Səhər testlər sıx duman üzündən bir saatlığa təxirə salınıb. Tibb helikopteri lazım olan anda səmaya qalxa bilmədiyindən tras bağlanıb. Amma sonradan duman çəkilib və sürücülər yaxşı havada işləyiblər. Rubens Barrikello Barselona testlərinin son günü protokollara başçılıq edib, braziliyalı sürücü həftənin rekorduna imza atıb, Brawn GP-nin yeni maşını çox sürətli alınıb, maraqlıdır ki, görəsən BGP01 Melburnda da belə sürətli olacaq?

İkinci yeri Niko Rosberq tutub. İlk iki sürücüdən başqa hamı səksən saniyəlik həddi aşa bilməyiblər. Timo Qlok isə üçüncü olub.

Sebastyan Fettel Fernando Alonsonu 0.1 saniyə qabaqlamaqla dördüncü olub. İspan sürücü öz növbəsində Felipe Massanı cəmi 0.01 saniyə qabaqlayıb. Bu gün Ferrari maşını mövsümün ilk yarışına sazlamaqla məşğul olub - gələn dəfə F60 trasa artıq Melburnda çıxacaq.

Robert Kubitsa yeddinci olub, polşalı sürücü yarışı imitasiya edib, nahardan sonra isə maşını mövsümün ilk yarışına sazlayıb. Kubitsa 134 dövrə vurub, dörd gün ərzində isə BMW Sauber F1.09 Barselonada 2162 km məsafə qət edib.

Lyuis Həmilton səkkizinci olub, cəmi 70 dövrə vurub və günün liderinə iki saniyə uduzub. Gələn həftə komanda Xeres testlərində işləyəcək.

Sebastyen Buemi səhər trasda işləyib və doqquzuncu olub, Sebastyen Burde isə nahardan sonra sükan arxasına oturub və on birinci olub. Toro Rosso sürücülərini Cankarlo Fizikella ayırıb.

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. R.BarrikelloBrawn GPMercedes1:18.926110
2. N.RosberqWilliamsToyota+ 0:00.848120
3. T.QlokToyotaToyota+ 0:01.165128
4. S.FettelRed BullRenault+ 0:01.65083
5. F.AlonsoRenaultRenault+ 0:01.73864
6. F.MassaFerrariFerrari+ 0:01.75192
7. R.KubitsaBMW SauberBMW+ 0:01.814134
8. L.HəmiltonMcLarenMercedes+ 0:01.94370
9. S.BuemiToro RossoFerrari+ 0:02.08762
10. C.FizikellaForce İndiaMercedes+ 0:02.119141
11. S.BurdeToro RossoFerrari+ 0:02.70327

 
XƏBƏR ARXİVİ
<Sentyabr 2010>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930