Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Ferrari ənənəni davam etdirir

Sayta qoyulub: 19:45 17.02.2010 (59 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ferrari ənənəni davam etdirir

1970-ci ildə Ferrari yarış şassilərini nömrələməyin əvvəlki sxemindən imtina etməyi qərara aldı: həmin ilə qədər hər bir model üçün nömrələnmə yenidən başlanırdı, amma bundan sonra Maranellonu tərk edən hər bir şassi əvvəlkinin üzərinə vahid əlavə edilməklə nömrələnməyə başladı.

Həmin andan artıq qırx ilə yaxın dövr keçib - amma ənənə davam edir. Ferrari-nin bu gün Xeres testlərinə gətirdiyi şassi F10 üçün ikinci olsa da, daxili indeksi 282-dir. Komanda bu münasibətlə rəsmi mətbuat relizi yayıb və bir daha xatırladıb ki, 1 nömrəli şassi 1970-ci ilin yayında 312B modelinə verilmişdi.

Həmin şassidə Jaki İks və Kley Reqatsoni 1970-71-ci illərdə yeddi Qran Pri keçiriblər. Belçikalı sürücü bu maşınla Klermon Ferranda (Fransa Qran Prisi) poul, Zandfortda üçüncü yer (Hollandiya Qran Prisi) və Osterrayhrinqdə (Avstriya Qran Prisi) qələbə qazanmışdı...

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031