Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Lotus sponsorların marağına ümid edir

Sayta qoyulub: 17:34 17.02.2010 (50 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Lotus sponsorların marağına ümid edir

Keçən həftə təqdim olunmuş və bu gün Xeres testlərində debüt etmiş Lotus maşınlarında demək olar ki, sponsor loqotipləri yoxdur, amma komandanın başçısı Toni Fernandes ümid edir ki, çempionatın startından sonra sponsorların komandaya marağı artacaq...

Toni Fernandes: "Lotus T127-nin təqdimatından sonra bir çoxları mənə dedilər ki, mərasim yeni komanda üçün çox təmtəraqlı alınıb - bu isə bir daha bizim imkanlardan xəbər verir. Mən əminəm ki, insanlar bizim layihəyə ciddi sərmayəni qiymətləndirdikdən sonra bizim yeni tərəfdaşlarımız peyda olacaq.

Söhbət yalnız sponsor loqotiplərinin yapşdırılmasından getmir - gəlir əldə etməyin bir çox yolları var. Biz danışıqlar aparırıq, hələlik çox danışmaq istəmirəm, amma komandanın yeni sponsorları olacaq."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031