Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Hökumət Silverstouna kömək edəcək

Sayta qoyulub: 17:01 15.02.2010 (167 dəfə oxunub)
Hərf ölçüsü:

Hökumət Silverstouna kömək edəcək

Ekspert və jurnalist Co Savar öz bloqunda Silverstoun avtodromunda davam edən yenidənqurma işlərindən danışıb...

Co Savar: "Bu yaxınlarda Britaniyalı Sürücülər Klubu (BRDC) 2026-cı ilə qədər Qran Prini Silverstounda keçirmək barədə müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmasa da, şayiələrə görə, ilkin ödəmə 19 milyon dollar olacaq, amma hər il bu məbləğin 7-8% artırılması nəzərdə tutulduğundan müqavilə başa çatarkən illik ödəmə 55 milyon dollara çatacaq. Digər trasların hazırda və gələcəkdə nələr ödəmələrini qəzərə alsaq, bu müqaviləni uğurlu ehsab etmək olar.

Amma müqaviləyə əsasən tras mütləq modernizə olunmalıdır - xüsusən də boks kompleksləri yenidən tikilməlidir. Yeni kompleks müqavilənin sonuna qədər çempionata xidmət edə bilər. Bir tərəfdən, bu korporativ müştərilərin amaraqlarını artırar və trasın mərkəzini avtodromun baş girişinə tərəf çəkəcək, burada isə yeni komplekslə üzbəüz yeni tribuna və ya muzey tikmək olar. Digər tərəfdən, işlər 2011-ci ilin Qran Prisinə qədər qurtarmalıdır və böyük sərmayə tələb edir.

Qeyri-rəsmi məlumata görə, BRDC 5 martda növbədənkənar toplantı keçirəcək və maliyyələşmə məsələsini müzakirə edəcək. Yerli hökumət kiçik faizlə böyük kreditlər verməyə hazırdır, yedə qalan məbləği isə bankdan götürmək lazım gələcək..."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829