Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Bukmeykerlər F.Alonsoya inanırlar

Sayta qoyulub: 10:35 14.02.2010 (143 dəfə oxunub)
Hərf ölçüsü:

Bukmeykerlər F.Alonsoya inanırlar

Britaniyanın məşhur William Hill idarəsinin bukmeykerləri 2010-cu ildə sürücülərin çempionatda titul qazanma şanslarını qiymətləndiriblər. Bukmeykerlər Fernando Alonsonu favorit hesab edirlər - ispaniyalı sürücünün hesabına yatırılmış hər bir funt dördqat arta bilər, cədvəllərdə ikinci sətri isə Lyuis Həmilton tutur, yeddiqat dünya çempionu Mixael Şumaher üçüncüdür.

Keçən il bu vaxtı Battonun qələbəsi 40.00 əmsalı ilə qiymətləndirilirdi, amma Brawn GP maşınlarının ilk testlərindən sonra bu əmsal artıq 4.50-yə düşmüşdü. Bir il əvvəl bukmeykerlər Kimi Rəykköneni favorit hesab edirdilər...

Titulu kim qazanacaq?
1. F.Alonso - 4.00
2. L.Həmilton - 4.50
3. M.Şumaher - 5.00
4. S.Fettel - 6.50
5. F.Massa - 9.00
6. C.Batton - 11.00
7. N.Rosberq - 15.00
8. M.Uebber - 19.00
9. R.Kubitsa - 41.00
10. K.Kobayaşi - 51.00

Bundan başqa mütəxəssislər Lyuis Həmiltonun Mixael Şumaherlə qarşıdurmasını da qiymətləndiriblər, hələlik bukmeykerlər həmyerlilərinə üstünlük veriblər...

Kim daha güclü olacaq?
1. L.Həmilton - 1.50
2. M.Şumaher - 2.50

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829