Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Mercedes GP pit-stopda yeni siqnal işıqlarını test edib

Sayta qoyulub: 14:26 13.02.2010 (149 dəfə oxunub)
Hərf ölçüsü:

Mercedes GP pit-stopda yeni siqnal işıqlarını test edib

İki il əvvəl Ferrari komandası pit-stop zamanı elektron siqnal sistemindən istifadə edirdi - sürücünün qarşısında havadan asılmış xüsusi işıqfor pit-stopun başa çatmasını xəbər verirdi. Sinqapurda sistem komandanı, xüsusilə də Felipe Massanı məyus etmişdi - yanaacqdoldurma başa çatmamış yaşıl işıq yanmışdı və braziliyalı sürücü şlanqla birlikdə yerindən tərpənmişdi. Bundan sonra komanda sistemdən imtina edərək ənənəvi "çubuğa" qayıtmışdı.

Xeres testlərində Mercedes GP komandası oxşar sistemi test edib. Yanacaqdoldurmaya qadağadan sonra pit-stopun müddəti kəskin azalacaq, indi yalnız təkər dəyişmək lazım gələcək, şlanqla bağlı problemlər olmasa da, kişik bir ləngimə daha böyük əhəmiyyət kəsb edəcək.

Yeni sistem pit-stopun üç mərhələsi barədə sürücünü xəbərdar edəcək - köhnə təkərlər çıxarıldı, yeni təkərlər taxıldı və trasa qayıtmaq olar. Əgər testlərdə heç bir problem yaranmasa, sistem elə ilk Qran Pridən tətbiq oluna bilər...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829